Röya ilə Ramal arasında “Gizli sevqi” davası

img

12-02-2014 [15:20]


Bəstəkar-müğənni Ramal İsrafilovun Röyanın "Gizli sevgi” mahnısına görə ona qonorar ödəməməsi açıqlamasına müğənninin prodüseri Kənan Bayramov münasibət bildirib.

"Qafqazinfo”ya açıqlamasında prodüser mahnı sifarişlə yazıldığı üçün Röyanın pul ödəmədiyini vurğulayıb: "Ramal Röyaya verdiyi mahnıların əksəriyyətini ifa edib. "Gizli sevgi” mahnısının bəstəkarıdır, onu da ifa edə bilər. Burada qəbahət yoxdur. Lakin "Gizli sevgi” mahnısı sifarişlə yazılıb və Röyaya təqdim olunub. Ona görə Röya pul ödəməyib. Ramal qonorarsız mahnı yazmaz. Necə oldu ki, mahnı hitə çevrildi, üstündən uzun müddət keçdi, indi Ramalın yadına düşdü ki, qonorar almayıb? Bunlar əhəmiyyətsiz söhbətlərdir. Ramal deyib ki, konsertə gəlmədiyi üçün adı çəkilməyib, bu boş söhbətdir. O, bizim dostumuzdur, belə söhbətlər etdiyinə hələ də inanmırıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA