“Topaz”da pul uduzan şəxs sələmçini bıçaqlayıb - Təfərrüat
15-09-2021 [13:13]
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən T.Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub.
İttihama görə, hadisə bu il martın 29-u saat 14:30 radələrində paytaxtın “Bolşoy Prazdnik” adlı mağazanın yaxınlığında baş verib.
Belə ki, T.Quliyev zərərçəkmiş İ.Manaflı ilə aralarında olan borc pulun ödənilməsi ilə bağlı mübahisə edib. Daha sonra o, mətbəx bıçağı ilə İ.Manaflının döş qəfəsinə və qarın nahiyyəsinə bir neçə zərbə vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
T.Quliyevin barəsində Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə ona ev dustaqlığı qətimkan tədbiri seçilib.
Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən T.Quliyev özünü tam təqsirli bildiyini söyləyib.
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə yüksək balla daxil olub. Ali təhsil aldıqdan sonra müxtəlif dövlət orqanlarında işləyib. Sonradan “Topaz” mərc oyununa böyük marağı olub və çoxlu məbləğdə borcu yaranıb.
“Topaz” mərc oyunundan yaranan asılılığına görə T.Quliyev sonuncu iş yeri olan Dövlət Əmlak Komitəsində tutduğu vəzifədən azad edilib. Bütün bunlar onda psixi pozuntulara səbəb olub və bununla bağlı olaraq o, 2 dəfə ruhi əsəb xəstəxanasında stasionar qaydada müalicə alıb. Bundan sonra T.Quliyevin sinir sistemi pozulub və o, özünə qapanıb. Tanışları və ailə üzvləri T.Quliyevin “Topaz” mərc oyunundan asılılığına görə artıq ona pul verməyiblər. Buna görə də T.Quliyev mərc oyunu oynamaq üçün İ.Manaflıdan bir neçə dəfə sələmə pul götürüb və faizi ilə geri qaytarıb.
Cinayət işinin materiallarında qeyd edilib ki, T.Quliyev sonuncu dəfə 1 000 manat pulu İ.Manaflının istəyinə uyğun olaraq, sonuncu ilə onu tanış edən Alı adlı şəxsə verib. Həmin vaxt İ.Manaflı verdiyi pulları onun sələmə aldığı pulun faizinə çıxdığını və 1 700 manat borcu qaldığını bildirib. T.Quliyev İ.Manaflıdan 29 mart 2021-ci il tarixinə qədər ona vaxt verməsini xahiş edib. İ.Manaflı da ona 1 700 manat pula görə günə 20% olmaq şərti ilə 3 100 manat pul alacağını deyib.
Martın 29-u saat 10:00 radələrində o, İ.Manaflıya mesaj yazaraq, aldığı pulu tapa bilmədiyini, ona vaxt verməsini xahiş edib. Bundan sonra İ.Manaflı T.Quliyevlə əlaqə saxlayaraq, şəxsiyyətini alçaldıcı ifadələr işlədib, yaşadığı ünvana gələcəyini deyib. Sələmə pul verən şəxs ona ailəsi ilə əlaqədar olaraq, müəyyən hədə-qorxu gəlməyə başlayıb.
Bundan sonra T.Quliyev İ.Manaflıdan özünün əvvəllər işlədiyi Dövlət Əmlak Komitəsinin yaxınlığına gəlməsini istəyib. Görüş zamanı o, üzərində gətirdiyi bıçaqla İ.Manaflıya bir neçə zərbə endirib. Bu zaman yaxınlıqda olan polis əməkdaşları onlara yaxınlaşaraq, T.Quliyevi 37-ci Polis Şöbəsinə aparıblar.
Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirib ki, o, törətdiyi əməldən peşmandır və zərərçəkmişlə barışıb. T.Quliyev ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib/Report.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq