Rusiyanın dövlət saytı Azərbaycana qarşı təxribatı aradan qaldırıb

img

09-09-2021 [09:04]


Rusiya Federasiyasının dövlət satınalmaları üzrə rəsmi saytında Rusiya sülhməramlılarının təchizatı ilə bağlı elanda Azərbaycan ərazisinin "Dağlıq Qarabağ Respublikası" kimi göstərilməsi ilə bağlı yol verilən səhv aradan qaldırılıb.

Məlumata görə, saytda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tenderin elan olunduğu ərazi Rusiya Federasiyası ərazisindən kənarda yerləşən ərazi kimi qeyd olunub.

Həmçinin "Müqavilənin şərtləri" bölməsində təyinat kimi Azərbaycan Respublikası qeyd olunub. Əvvəl sənəddə mövcud olmayan "Dağlıq Qarabağ Respublikası" qeyd olunmuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR