Aparıcı geyiminə görə İTV-dən çıxarıldı- Açıqlama

img

10-02-2014 [13:18]


İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı Leyla Aslanova televiziyadan uzaqlaşdırılıb. Buna səbəb kimi onun efirə açıq-saçıq geyimlə çıxması və buna görə də sosial şəbəkələrdə ciddi şəkildə tənqid edilməsi olub.

Bu barədə məlumatı AzNews.az-a ITV-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev verib: "Bir neçə gündür sosial şəbəkələrdə və müxtəlif informasiya saytlarında İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın efirə çıxdığı geyim forması ilə bağlı müzakirələr gedir. Əslində isə keçmiş rəhbərliyin zamanından İTV-də aparıcılq edən Leyla xanımla verilişdən sonra yollar ayrılıb və o artıq İTV-nin əməkdaşı deyil”.

Digər xəbərlər
SON XƏBƏRLƏR