DEPUTAT POLİSİ RESTORANDA DÖYÜB - Hadisə ilə bağlı sensasiyalı iddialar yayıldı + DİN-dən açıqlama
GÜNDƏM
30.07.2021, 11:02
Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktına münasibət bildirib.
Bu barədə nazirliyin Mətbuat xidmətindən bildirilib ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb: "Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib".
***
Deputatın polis əməkdaşını döyməsinin bəzi təfərrüatı üzə çıxıb.
Mia.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə bir neçə polis əməkdaşının deputatın əyləşdiyi restoranda reyd keçirdiyi zaman baş verib. DİN əməkdaşları gecə saat 00:00-ı keçdiyi üçün restoranın fəaliyyətinin dayandırılmasını tələb edib. Həmin vaxt orda yeyib-içən millət vəkili isə onlardan restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edib.
Redaksiyamıza daxil olan məlumatda həmçinin vurğulanır ki, həmin restoran millət vəkilinin qohumunundur.
Məsələ barədə hələlik rəsmi açıqlama verilməyib.
DİN-in mətbuat xidmətindən Bakupost.az-a bildirilib ki, hadisə ilə bağlı nazirliyə rəsmi məlumat daxil olmayıb.
Millət vəkili isə telefonlarını açmır.
Milli Məclis də susqunluq nümayiş etdirir.
***
Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməyi barədə məlumat yayılıb.
Xaçmaz sakinlərindən Bakupost.az-a bildirilib ki, hadisə dünən Nabranda baş verib.
Sakinlər qeyd edir ki, deputat səxoş olub və istirahət mərkəzlərinin birində Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkib, ona xəsarət yetirib.
Hazırda polis işə çıxmır.
Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş edirlər.
Məlumat artıq sosial şəbəkələrdə də sürətlə yayılır.
Məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlamaq mümkün olmadı. O, istifadə etdiyi hər iki mobil nömrəsini bağlayıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Şuşada İlham Əliyevlə Slovakiya prezidenti görüşdü, birgə bəyanat verildi - FOTOLAR (CANLI YAYIM, Yenilənib)
Bugün, 10:50 GÜNDƏM
-
İlham Əliyev Şuşada Slovakiya prezidenti ilə geniş tərkibdə görüşüb
Bugün, 10:40 GÜNDƏM
-
Prezidentin köməkçisi Türkiyənin media mənsubları ilə görüşüb - Şuşada
Bugün, 10:29 PRESS
-
ATV Respublika Klinik Xəstəxanasından süjet hazırladı: növbə sistemi yoxdur, həkimlərin sayı azdır - Açıqlama + VİDEO
Bugün, 10:21 CƏMİYYƏT
-
Lisey və gimnaziyalara müraciət müddəti bir gün uzadılıb
Bugün, 10:10 GÜNDƏM
-
Tramp Kubanı blokada ilə “boğur” – Ölkə qaranlığa qərq olub
Bugün, 09:55 DÜNYA
-
İstanbulda kriminal dəstələrə qarşı əməliyyat: 74 nəfər saxlanılıb
Bugün, 09:43 KRİMİNAL
-
Hikmət Hacıyev: "Sosial media ünsiyyət imkanlarını genişləndirir, ancaq..."
Bugün, 09:36 SİYASƏT
-
Azərbaycan nefti bahalaşdı - Qara qızıl neçəyədir?
Bugün, 09:36 İQTİSADİYYAT
-
Braziliya prezidenti Trampı "korsan” adlandırdı
Bugün, 09:23 İQTİSADİYYAT
-
Qudyal çayında 11 yaşlı oğlan boğularaq ölüb
Bugün, 09:19 CƏMİYYƏT
-
Ağstafada 21 yaşlı gənc ürəyindən vuruldu
Bugün, 09:14 KRİMİNAL
-
Macarıstanda oliqarxların gücü "budanır" - Baş nazir ölkə prezidentini də “səssiz devirir”
Bugün, 09:03 DÜNYA
-
Haluk Levent "15 gündür mesaj göndərirəm" dedi, nazir müavinindən cavab gəldi
Bugün, 08:54 MƏDƏNİYYƏT
-
Müharibə şiddətlənir: ABŞ İranı yenə vurdu, İran isə… - TRAMPDAN YENİ MESAJLAR
Bugün, 08:23 GÜNDƏM
-
YAXIN ŞƏRQ ALOVLANIR: daha bir ölkə müharibəyə qatıldı, Səudiyyə Ərəbistanıda hava və dəniz limanları vuruldu
Bugün, 00:37 GÜNDƏM
-
Kılıçdaroğlundan qurultay açıqlaması: “Namizəd olub-olmayacağımı bilmirəm”
Bugün, 00:11 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Aygün Kazımova Röya Ayxanın evində qonaq olub
13.07.2026, 23:34 ŞOU-BİZNES
-
Ceyhun Bayramov Slovakiya prezidentini Bakıda qarşıladı - FOTO
13.07.2026, 21:27 GÜNDƏM
-
Ukraynanın Baş naziri istefa verib
13.07.2026, 20:32 DÜNYA
-
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda sualları cavablandırdı - MÜHÜM MESAJLAR VERİLDİ (Yenilənib)
13.07.2026, 19:54 GÜNDƏM
-
Prezidentin köməkçisi: "Media Mükəmməllik Mərkəzi artıq tam olaraq fəaliyyətə başlayıb"
13.07.2026, 19:23 SİYASƏT
-
Tramp müharibə anonsu verdi: “Buranı ələ keçirəcəyik, daha sonra isə…”
13.07.2026, 19:00 GÜNDƏM
-
İran ordusundan ABŞ və bölgə ölkələrinə xəbərdarlıq: "Bu, müharibə elanı sayılacaq"
13.07.2026, 18:43 DÜNYA
-
Biznesmenin 4 milyon manatı... - Qalmaqallı iş üzrə məhkəmə qərar verdi
13.07.2026, 18:05 KRİMİNAL
-
Sahil Babayev onları yüksək vəzifəyə təyin etdi - FOTO
13.07.2026, 18:00 İQTİSADİYYAT
-
Hikmət Hacıyev Özbəkistan rəsmiləri ilə Şuşada görüşdü - FOTOLAR
13.07.2026, 17:56 SİYASƏT
-
Əli Əsədov Yan Sonders ilə görüşüb - MÜZAKİRƏ
13.07.2026, 17:30 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Baş katiblə müzakirə aparıb - XİN-dən açıqlama
13.07.2026, 17:27 SİYASƏT
-
DEPUTATLAR SON İCLASA TOPLANIR: 26 qanun dəyişir - SİYAHI
13.07.2026, 17:19 GÜNDƏM
-
“Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb
13.07.2026, 17:12 CƏMİYYƏT
-
Polkovnik rəis təyin olunub
13.07.2026, 17:06 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
13.07.2026, 17:00 İQTİSADİYYAT