Toyda qonaqlar arasında dava düşdü: 23 yaşlı gənc öldürüldü (YENİLƏNİB)

img

25-07-2021 [20:54]


Daşkəsən şəhərində keçirilən toy mərasimində 23 yaşlı gənci ürəyindən bıçaqlayaraq qətlə yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Tağıyev Şakir Şükür oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, həmin şəxs cinayəti törətdikdən sonra hadisə yerindən qaçmışdı.

***

Daşkəsən şəhərində keçirilən toy mərasimində bıçaqlanma olub, ölən var.

Məlumata görə, Daşkəsən şəhər ərazisində keçirilən toy mərasimində qonaqlar arasında mübahisə yaşanıb.

Bir nəfər bıçaqlanıb. O, ağır halda xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Son məlumata görə, toy mərasimində ürək nahiyəsindən bir bıçaq zərbəsi ilə qətlə yetirilən şəxs Daşkəsən rayon Alaxançallı kənd sakini, 1998-ci il təvəllüdlü Eldəniz Mustafa oğlu Namazovdur.

Faktla bağlı araşdırmalara başlanılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR