AĞIR SİYASİ GÜCLƏRİN BÖYÜK DAĞIDICI ENERJİSİ... - Sabiq nazir yazır
25-07-2021 [17:47]
Saleh Məmmədov,
İqtisad elmləri doktoru, professor, sabiq Maliyyə naziri
***
Bu gün hazırladığım "Vətən müharibəsinin dərsləri və yeni strategiya" kitabının qısa xülasəsinin üçüncü bölməsini dərc etmək qərarına gəldim. Keçən dövr ərzində Yeni Musavat, Moderator.az, Tezadlar, Mia.az və s nəşrlər əvvəlki iki bölməni dərc etmişdilər. Hər birinin redaksiya heyyətinə ayrılıqda təşəkkür edirəm.
Üçüncü bölmə, daha doğrusu üçüncü dərs əsas dağıdıcı qüvvələrin neytrallaşdırılmasına, hətta bu qüvvələrin enrjisinin faydalı enerjiyə çevrilməsi və milli mənafelər üçün istifadə olunması bacarığına həsr olunmuşdur.
Kitabdan ilk iki hissəsini buradan oxuya bilərsiniz:
***
Dərs 3.
Azərbaycan faktiki olaraq Ermənistanla deyil, dünyanın və regionun ən qəddar və qüdrətli bir gücü, dünyanın isə ikinci ən böyük ordusuna sahib bir ağır gücü ilə savaşa girmişdir. Bu güc neytrallaşdırılmadan vətən müharibəsində qələbə ya mümkün olmazdı, ya da çox böyük itkilər hesabına başa gələ bilərdi. Müharibədə qazanılan qələbənin taleyi də 99% bu amildən asılı olduğunu da hər kəs çox yaxşı bilirdi.
Təbiətdə bir tendensiya müşahidə olunur: alimlər təbiətin ən ağır dagıdıcı qüvvələrinin enerjisini nəinki yalnız zərərsizləşdirmək, hətta bu dağıdıcı enerjini adaptasiya edərək faydalı enerjiyə çevirmək və cəmiyyətin xeyrinə istifadə etmək istiqamətində bir nəzəriyyə üzərində işləyir və bu istiqamətdə xeyli uğurlar əldə olunmuşdur. Külək, günəş, sel, ildırım enerjisi bir çox hallarda faydalı enerjiyə çevrilə bilinmişdir və müvəffəqiyyətlə istifadə olunur. Bu müharibənin ən mühüm dərslərindən biri məhz bu nəzəriyyənin siyasətə tətbiq olunmasında təzahür olundu. Vətən müharibəsinin bütün sahələrdə əsas komandiri və memarı İlham Əliyev cənabları bu meylin cəmiyyətə və siyasətə də tətbiqinin mümkünlüyü nəzəriyyəsini gətirdi. Eksperiment uğurla nəticələndi və bu müharibəni qazanmaqda ən vacib amil rolunu oynadı.
Azərbaycan müstəqillik qazandıqdan sonra bu proseslərin daimi müşahidəçisi olmuşam, bir çoxlarında şəxsən, digərlərində isə tədqiqatçı kimi iştirak etmişəm. Rusiya ilə Azərbaycanı bir çox tellər çox sıx bağlayır. Azərbaycanın inkişafında, Azərbaycanda elm və təhsilin qurulmasında, elmi Azərbaycan dilinin formalaşmasında, ölkənin islam işğalından azad olunmasında və müstəqil dövlətə çevrilməsində Rusiyanın böyük rolu olmuşdur və bunu inkar etmək olmaz. Azərbaycanı və bütün türk dünyasını gələcəkdə də Rusiyadan izolyasiya etmək yalnız türk xalqlarının zərərinə olacaq. Rusiya dünya təbii ehtiyatların 30%-dən çoxuna sahib, böyük və zəngin resurslara, böyük elmi texnoloji potensiala, yüksək intellektli alimlərə, mutəxəssislərə malik bir ölkədir. Bu ehtiyyatların daha çoxu türk torpaqlarında yerləşir.
Bu ölkəni tarixin arxivinə atılmasını düşünənlər böyük səhv edirlər.
Böyük lider Li Kuana (Sinqapurun keçmiş baş naziri, Sinqapur islahatlarının müəllifi) nəzər salaq, kommunizmin çöküşündən sonra onun Rusiya haqqında dediklərindən: “Rusların böyük bir millət olaraq bitmiş olduğuna inanan hər kəs, mərkəzi planlaşdırma sistemi ilə ölkəyə vurulan ağır zərbəyə baxmayaraq, kosmosda və atom sahələrində çalışan alimləri, şahmat qrossmeysterlərini, yetişdirdiyi Olimpiya çempionlarını xatırlamaları lazımdır. Kommunist sistemdən fərqli olaraq, ruslar tarixin arxivinə atıla bilən xalq deyil".
Təsadüfi deyildir ki, Li Kuan özü Rusiya səfərindən qayıtdıqdan sonra öz oğluna rus dili öyrətməyə başlamışdı. Başqa önəmli amillər də var.
Rus millətindən olan əhali ildə bir milyon azalır. Yaxın gələcəkdə rus demoqraflarının hesablamalarına görə Rusiya əhalisinin tərkibində rusların payı əhəmiyyətli dərəcədə azalacaq, ümumiyyətlə, rus millətinin qırmızı kitaba düşmə ehtimalı var. Belə olan halda Rusiya ilə münasibətlər ciddi strateqiya əsasında günü gündən yaxşılaşma meyli üzərində qurulmalıdır.
Təəssüflər olsun ki, H. Əliyevin hakimiyyətə gəlməsinə qədər Rusiya ilə münasibətlər emosional hisslər üzərində qurulmuş və bu Azərbaycana çox ağır itkilərlə nəticələnmişdir. A. Mütəllibovun düşünülməmiş emosional bir bəyanatı, 1991-ci ildə dövlət çevrilişi zamanı çevriliş iştirakçılarini dəstəkləməsi həm öz karyerasına və həm də ölkənin gələcək inkişafına böyük təhlükə yaratdı. Xalq cəbhəsi hakimiyyəti zamanı ilk mərhələdə Rusiya ilə qurulan düzgün münasibət ordunun xeyli irəliləyişinə, ciddi uğurlara səbəb oldu. Lakin bu ölkəyə qarşı sonrakı emosional bəyanatlar, rus ordusunun vaxtsız çıxarılma tələbi, sərxoş rus rəhbərliyinin bütün qüvvələri əks istiqamətdən yönləndirmə yolunu seçməsi ilə nəticələndi. Azərbaycan tərəfindən döyüşlərdə iştirak edən Rusiya ordusu dərhal düşmən tərəfə keçdi, bütün silah sursatları ilə Ermənistan tərəfə döndü və heç də Azərbaycandan çıxarılmadı, sadəcə Azərbaycan ərazisində yerdəyismə etdi: Azərbaycanın nəzarətində olan Vətən torpaqlarından işğal altında olan Azərbaycan torpaqlarına yerləsdirildi və əks tərəfdən ciddi döyüşə girdi. Azərbaycan olduqca zəifləmiş bir durumda böyük və qorxulu riskin altına girmiş oldu. Qısa zaman ərzində rayonlar bir birinin ardınca işğal olundu.
Hər şeyin xaotikası vaxtı Rusiyada hər şey alınıb satılırdı, çox cüzi məbləğlə ordunu və silahları ələ almaq olardı. Təəssüf ki, emosional baxış və qərar buna imkan vermədi, rus ordusu çıxarıldı, amma bununla bərabər ölkənin 20% torpaqları, zəngin resursları da əldən çıxarıldı.
Sonralar Rusiya kimi böyük dağıdıcı qüvvəyə malik bir gücün yenidən tənzimlənə bilən məcraya salınması və neytrallasdırması çox çətin və baha başa gələn proses oldu. Bu keçmiş prezident, rəhmətlik H. Əliyevin zəngin təcrübəsi, qeyri adi və çevik manevretmə qabiliyyəti, keçmiş Sovet rəhbərliyində (Rusiya rəhbərliyində) yaxın dostluq- tanışlıq münasibətləri hesabına nail olundu. O vaxt çətinlik törədən amillərdən biri də Azərbaycanın müttəfiqlərinin az və ya zəif olması idi. Qonşu ölkələrdən İran, Türkmənistan, Özbəkistanla münasibətlər lazımsız və emosional çıxışlar, bəyanatlar üzündən olduqca kəskinləşmişdir, Qazaxıstanla da o qədər yüksək deyildi. Hətta qardaş Türkiyə belə ən minimum dəstəkdən imtina edirdi. Keçmiş Türkiyə prezidenti T. Ozalın 1990-cı il yanvar hadisələri ərəfəsində bəyan etdiyi Türkiyə-Azərbaycan arasında sünni-şiə ayrı seckiliyi mənfi izlərini Türkiyə rəhbərliyində ciddi surətdə göstərirdi.
Rusiya generalları konkret tapşırıq müəyyən etmişdir: Azərbaycanın okeana alternativ çıxışı, karbohidrogen resurslarının alternativ nəqliyyat dəhlizləri bağlanmalıdır. Bu planlar artıq rus ordusu işğal torpaqlarina köçürülən zaman hazırlanmışdı. Bu məsələ barəsində maliyyə naziri kimi hökumət üzvləri ilə davamlı müzakirələrim olurdu. 1993-cu ilin yanvar ayında isə ölkənin prezidenti rəhmətlik Əbülfəz Elçibəylə geniş müzakirəmiz oldu. Xarici təzyiqlər xüsusilə Rusiyanın qorxulu planları olduqca ciddi narahatçılıq doğururdu. Bu görüşdə H. Əliyevin yüksək səviyyədə ölkə rəhbərliyinə dəvət olunması geniş müzakirə olundu. Əbülfəz bəy özü də bu fikirdə idi. Çünki, rus imperiyasının iç üzünü Heydər bəy qədər yaxşı bilən ikinci bir şəxs heç Rusiyanın özündə də yox idi. Digər tərəfdən Azərbaycanda müstəqil dövlət idarəçiliyi təcrübəsi (illah da Sovet imperiyası kimi nəhəng bir dövlətin idarəçiliyi) olan ikinci bir şəxs yox idi. Üçüncü amil kimi, milli maraqları qoruması nöqteyi nəzərindən də H. Əliyev gerçək fəaliyyəti ilə hər hansı bir milliyyətçidən qat qat artıqlaması ilə özünü dogrultmuşdu. 70-80 çi illərdə mərkəzin qəti etirazına baxmayaraq milli iqtisadiyyatın qurulması (sohbət sadəcə Azərbaycan sovet iqtisadiyyatından deyil, Azərbaycanın milli iqtisadiyyatı), milli ordu quruculuğuna hazırlıq üzrə riskli addımların atılması, Azərbaycan dilinin dövlət dili kimi inkişafı, SovİKP MK siyasi bürosunda türklərin Bolqarıstandan qovulmasına qəti etiraz etməsi kimi fəaliyyət istiqamətləri göstərirdi ki, bu ölkənin milli mənafeləri yüksək səviyyədə qorunacaq.
1993-cu ilin iyun hadisələri zamanı mən hazırkı millət vəkili Fəzail Ağamalı (o vaxt Fəzail bəy sosial müdafiə nazirinin birinci müavini idi) ilə birgə yenidən Əbülfəz bəylə görüşdük və Heydər bəyin Bakıya dəvət olunmasını müzakirə etdik. Əbülfəz bəy bu məsələdə artıq tərəddüd etmirdi, bizim birgə muraciətimiz sadəcə qəti qərarın qəbul olunmasında əminliyi yüksəltdi.
H. Əliyev hakimiyyətə gəldikdən sonra mən bir neçə ay hökumət üzvü olaraq işləməkdə davam etdim. Dövlət başçısının iş vaxtının yarısı Rusiyanın zərərsizləşdirilməsinə sərf olunurdu. Ən sadə detallar belə diqqət mərkəzində idi.
H.Əliyevlə Bakıda işə başladığımda ilk təklifim Rusiya və İranla münasibətlərin normallaşmasindan başlamaq, xüsusilə hər iki ölkənin neft müqavilələrində müəyyən iştirakını təmin etmək ideyası olmuşdur (Rusiya Lukoyl-la müqavilələrdə iştirak etdi, lakin İran beynəlxalq problemlərə görə buraxılmadı). H. Əliyev bütün fəaliyyətində bu məqsədə xüsusi diqqət yetirirdi. Mənim şəxsən iştirakımla olan bütün görüşlər, həmçinin sonrakı müşahidələrim və tədqiqatlarım da bunu isbat edir. İlham Əliyev cənablarının fəaliyyətində də bu amil daimi diqqət mərkəzində olmuşdur. Taktika daha geniş çaplı və məntiqli olmuşdur: o yalnız Rusiyanı və İranı deyil, həmçinin bu ölkələrə dəstək verə biləcək bütün ətrafı neytrallaşdırmağa nail oldu. Rusiyaya ən yaxın və sözsüz qərarları yerinə yetirilməyə hazır olan Belarus Respublikası Ermənistanla eyni ittifaqda (Kollektiv təhlükəsizlik müqaviləsi) olmasına baxmayaraq həmişə Azərbaycanı dəstəkləmişdir. Kollektiv təhlükəsizlik müqaviləsinin digər əsas tərəfdaşı olan Qazaxıstan Respublikası, həmçinin, problemlərin həlli zamanı, daimi Azərbaycanın tərəfində olduğunu nümayiş etdirmişdir. Eyni taktika kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının başqa üzvlərinə də tətbiq olunmuşdur. İkinci ən ağır dağıdıcı qüvvəyə malik olan İranın neytrallaşdırılması zamanı da eyni üsullardan istifadə olunmuşdur. Bu iki gücün, xüsusilə də Rusiyanın neytrallaşdırılması müharibənin taleyini həll etmiş oldu. Olduqca böyük əhəmiyyətə malikdir, həm də çox məharətlə, ağılla, mində bir dəqiqliklə hesablanmış incə siyasi hesablamalarla həyata keçirilmişdir. Mənə elə gəlir ki, bu xüsusi tədqiqat-arasdirma tələb edən mövzudu və politologiya və hərb elmi tarixinə şedevr kimi daxil ola bilər.
Eyni proseslər daha qabarıq şəkildə Rusiya Qazaxıstanla baş verə bilərdi, daha doğrusu, tam gücü ilə hazırlanırdı. Dünya politoloqlarının böyük əksəriyyəti bu ağır təhlükənin Qazaxıstanda baş verəcəyini planlaşdırırdı. Lakin N. Nazarbayevin müdrikliyi Qazagıstanı səhidsiz, itkisiz, qurbansız bu bəladan xilas etdi. Azərbaycanda H. Əliyevin bir az əvvəl, heç olmasa, rus ordusu çıxarılmadan dəvət olunması Azərbaycanı da böyük itkilərdən xilas edə bilərdi. Təəssuf, böyük insan itkisi, 100 milyardlarla maddi itki, mənəvi sarsıntılardan sonra ölkənin azad olunması gələcəyə daha kəskin dərs olmalıdır. Hər bir xalq öz səhvləri üzərində öyrənəndə daha böyük itkilərə məruz qalır. Müdrik xalqlar başqasının səhvləri üzərində işlərini qurur.
Ağır dağıdıcı güclərin enerjisini faydalı enerjiyə çevrilməsi prosesi son 27 il ərzində hər addımda izlənmiş və prezidentin daimi diqqət mərkəzində olmuşdur. Kitabın ayrı ayrı bölmələrində geniş yer verildiyinə görə təkrarliga yol verməmək məqsədi ilə bu dərsin bütün detalları bu başlıqda tam açıqlanmır, kitabın ikinci bölməsində geniş izah olunur.
Mia.az
Elçin Cavadovun "STEAM" və "Əməyin mühafizəsi və təhlükəsizliyi" adlı dərs vəsaitlərinin təqdimatı olub - VİDEO, FOTOLAR
Ərdoğanla Putin arasında telefon danışığı olub
Prezident İlham Əliyevdən paylaşım: “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!”
Bakıda COP29-un bağlanış plenar sessiyası... - 300 milyard təsdiqləndi + VİDEO (YENİLƏNİB)
"Mənə bir də bu barədə sual verməyin" - Qurbanov
4 uşaqlı qadının 3 uşaq atası ilə gizli görüşü ikisinin də sonu oldu - "Əl-ayaqları bağlanaraq çəkiclə öldürülüblər" (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Londonda 24 saat ərzində 3 terror qorxusu yaşanıb - Biri ABŞ səfirliyinin yaxınlığında olub
Renad Dadaşovun komandası uduzub
TÜRKİYƏ XİN BAŞÇISINDAN QORXUNC ANONS: “Putin nə dedi?" - "Nüvə müharibəsi riski artıb, bu, artıq zarafat deyil”
Ankaraya qar yağıb, avtomobil yolunda hərəkət çətinləşib - FOTO
Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub - Açıqlama
İstanbulda 6 mərtəbəli fabrikdə çıxan yanğın 16 saat sonra nəzarətə alınıb - FOTOLAR (YENİLƏNİB)
PKK Suriyada Türkiyənin nəzarətində olan bölgəyə atəş açıb - Bir uşaq ağır yaralanb
HƏR PAYLAŞIMA 12 MİN MANAT... - Blogerlərin qumar biznesmenləri ilə gizli işbirliyinin detalları açılır
RUSİYANIN AVROPANI QORXUDAN "ÜÇBAŞLI RAKET"i: "Qarşısıalınmazdır, Avropadakı istənilən hədəfi maneəsiz vura bilər”
Hakan Fidan Lavrovla müzakirə aparıb - Telefonda
Qəzzada daha 23 mülki şəxs öldürülüb
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Naxçıvana da hökm edəcək - Cavid İsmayılzadənin "əli uzandı"
“Azərenerji” və “Azərişığ"a əlavə səlahiyyət verildi - Fərman
Ərdoğandan Netanyahu haqqında çıxarılan həbs qərarına ilk reaksiya: "Cəsur hökmdür..."
Zaur Mikayılovun digər müavini də məmur qardaşı çıxdı - FOTO
Türkiyə iki ölkədə terrorçuları zərərsizləşdirib
1-ci siniflərin yerdəyişmə prosesinə start verilir
Zaur Mikayılovun yeni təyin olunan birinci müavini kimdir? - Maraqlı məlumatlar + FOTO
Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
Prezident bir qrup şəxsi təltif edib - SİYAHI
Əli Əsədov yeni qərar imzalayıb
Milli Müdafiə Universiteti ilə bağlı daha bir qərar verilib
Pakistanda daha bir terror aktı: ölən və yaralananlar var
AGENTLİK SƏDRİNƏ DAHA 3 MÜAVİN TƏYİN EDİLDİ - Sərəncam + FOTOLAR
Temperatur düşəcək, leysan yağacaq - Xəbərdarlıq
COP29 zolaqlarında yol nişanları sökülür
Cangüdən tələbi rədd olunan partiya sədri: “Əgər mənə sui-qəsd olusa..." - "Ölkədə xaos çıxarmaq üçün məni öldürmək istəyirlər"
Türkiyədə 70 kq qızılla tutulan azərbaycanlı diplomatdır, yoxsa...? - Təzadlı xəbərlər yayılır + FOTOLAR (YENİLƏNİB)
Laçın rayonunda zəlzələ olub (Yenilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Çinin həbs etdiyi, Trampın isə "dərhal azadlığına nail olacağam" dediyi media rəhbəri: "Bəli, ABŞ-dan siyasi dəstək almağa çalışırdım..."