İsrail və Hindistan arasında yeni müqavilə imzalanıb - Hərbi məsələlərlə bağlı

img

05-11-2025 [00:05]


İsrail və Hindistan müdafiə sahəsində əməkdaşlığı genişləndirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məqsədlə noyabrın 4-də iki ölkə arasında müdafiə sənayesi sahəsində mühim sənədlər imzalanıb.

Məlumata görə, bu sənədlər İsrail və Hindistana müdafiə, sənaye və texnologiya sahəsində əməkdaşlığı genişləndirmək fürsəti verir.

İsrail Müdafiə Nazirliyindən bildirilib ki, İsrail və Hindistan arasında Birgə İşçi Qrupunun illik iclasında aparılan müzakirələrin nəticəsi olaraq, qeyd olunan istiqamətlərdə "Anlaşma Memorandumu" imzalanıb.

Məlumata görə, Tel-Əvivdə səfərdə olan Hindistan nümayəndə heyəti müdafiə naziri Yisrael Katzla da görüşüblər, dhaa sonra silah istehsalı müəssisələrinə baş çəkiblər: "Hindistan nümayəndə heyəti həmçinin İsrailin aparıcı müdafiə şirkətlərinin baş direktorları ilə panel müzakirəsinə qatılıblar..."

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA