Fazil Mustafa: "Nə Etibar Əliyevin, nə də prezidentə eyni məzmunlu müraciət edən jurnalistlərin təşəbbüsünü dəstəkləyirəm, amma..."
24-07-2021 [23:07]
Fazil MUSTAFA,
Milət vəkili
***
Bu gün bir qrup tanınmış jurnalist və QHT rəhbəri ölkə prezidentinə məktub ünvanladı ki, bəs jurnalistlər üçün inşası tamamlanan bina şəhid və qazi ailələrinə verilsin.
Özlüyündə bir jurnalist fədakarlığını ifadə edən bir addımdır. Ancaq bu təklifi bir neçə gün öncə bir millət vəkili də irəli sürmüşdü. Nədənsə bu imza sahiblərinin bir qismi dəstək vermə bir yana dursun, sosial şəbəkədə, əllərində olan internet televiziyaları vasitəsilə geniş bir təhqir kampaniyasına başladılar. Hətta adından saxta profil düzəldərək ictimai rəyi çaşdıracaq statuslar da paylaşdılar.
Milli sosial qaragüruhun ayrılmaz qanadı kimi özünü büruzə verən jurnalist qaragüruhunun yönləndirilməsi ilə bir fikrin, bir təklifin necə linç edilməsinin şahidi olduq. Bəri başdan deyim ki, mən bir vətəndaş olaraq nə millət vəkili Etibar Əliyevin, nə də prezidentə eyni məzmunlu sənəd imzalayıb göndərən jurnalistlərin bu təşəbbüsünü dəstəkləyirəm. Şəhid ailələrinə və qazilərə ayrıca mənzillər tikilməli, ilk iki jurnalistlərin binasından isə qanunsuz şəkildə dəxli olmayan şəxslərə verilmiş mənzillər alınıb həqiqətən ehtiyacı olan jurnalistlərə verilməlidir.
Üçüncü bina isə xüsusi etimada malik komissiya tərəfindən müəyynələşdirilən cəmiyyətimiz üçün dəyərli olan istedadlı alim, jurnalist, yazar, həkim, müəllim, tərcüməçi, mühəndis və başqa peşə sahiblərinə verilməlidir. Əlbəttə, bu bir fikirdir, bir təklifdir, bəyənilib, bəyənilməməsi də normaldır.
Bütün hallarda son qərar prezidentə aiddir və əminəm ki, ədalətli şəkildə bu mübahisələrə son qoyacaq. Bir qrup tanınmış jurnalistin mənzillərin şəhid ailələrinə verilməsi təşəbbüsü də, bu təşəbbüsə olan etirazlar da normaldır və kimsənin başqasını düşüncəsinə görə "jurnalist düşməni" çıxarması da absurddur. Bəlkə də jurnalistlərlə ən yaxın dost olan, onların telefon zənglərinə həssas yanaşan, istənilən suallarını cavablandıran bir siyasətçi kimi bunları söyləməyə ərkim çatır.
Üzüntü ilə qeyd edim ki, son bir həftədə sosial şəbəkədə gedən qızğın mübahisələrdə bir gerçəklik aydın oldu: Azərbaycan jurnalistləri içində səviyyəli polimika aparmağa qadir, ədəbli üslubda etiraz bildirməyə hazır personaların sayı elə də çox deyil. Fikrə əsaslandırılmış fikirlə etiraz edərlər, söyüşlə, təhqirlə deyil. Demiş şəhid ailələrinə verilsin, yazın ki, bu doğru təklif deyil. Eyni təklifi indi xeyli jurnalist həmkarınız irəli sürdü, o halda yenədəmi söyüş ritorikasına keçəcəksiniz?
Ən dəhşətlisi də beş kitab oxumamış birilərinin onu savadsız adlandırması, diskusiyaya çağırması oldu. Etibar Əliyev ixtisasca fizikdir, fəlsəfədən müdafiə edib və bu sahələrdə heyrətamiz düşüncə sisteminə malikdir. Ədəbiyyatı ədəbiyyatçıdan, kitabı kitabçıdan, ensiklopediyanı ensiklopedistdən yaxşı bilir. Sadəcə düşüncə həyatımıza yenilik gətirən kitabları ilə tanış olmayanlar üçün hansı dəyər ölçüsü ola bilər ki?
Burasını da qeyd edim ki, bütün istedadlı insanlar kimi, onun da xarakterində təzadlı məqamlar var və bəzən insanlarla yerli, yersiz konfliktlərdə olur. Buna görə də davranışlarını xoşlamayan insanlar da var. Ancaq fikirlərini bölüşən, bilgisini qiymətləndirən, bundan faydalanan çox sayda insanlarımız da var.
Deputat kimi də ən fəallardan biridir və seçicilərin də problemlərinə ən həssas yanaşanlardandır. Sosial şəbəkədə də düşüncə həyatımız üçün ən maraqlı paylaşımları da vaxtaşırı izləyicilərə çatdırır. Yəni sözümün canı odur ki, yazıya görə, təklifə görə qaragüruh həmrəyliyi ilə istənilən şəxsə qarşı hörmətsizlik göstərənlər, ilk növbədə düşünməlidirlər ki, məhz düşüncə azadlığına qarşı hörmətsizlik edirlər.
Baxın, üç gün keçmiş bumeranq geri qayıtdı, eyni fikri artıq tanınmış jurnalistlər ictimailəşdirdilər. Ədəbsizlik ictimai sferada həmişə olacaq, ancaq bunun subyektləri qələmlə, kitabla bağlılığı olanlar deyil, kitaba, yazıya, qələmə sayğısızlar ola bilərlər.
MİA.AZ
Zelenski Ukraynanın 4 illik itkisini açıqladı: 55.000 hərbçi...
Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Mask trilyoner olmaq yolunda - Sərvəti 850 milyard dolları ötdü
Türkiyədə qanun dəyişdi: avtoşlar və piyada yolunda skuterlər sürənləri ağır cəza gözləyir
Sabiq deputatdan icra başçısı haqda maraqlı açıqlama: "Adil Vəliyev ad çəkir, deyir ki, bu işin səbəbkarı deyil"
Aqranomun SOROS Fondundan keçən karyerası... - Və ya təhsil sahəsinin "ağır topu"...
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb