Azərbaycanda qadın müğənniyə 23 bıçaq zərbəsi endirilib - Rəsmi məlumat yayıldı + VİDEO

img

20-07-2021 [14:59]


İyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çox saylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami Rayon Prokurorluğundan Mia.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Xatırladaq ki, 1988-ci il təvəllüdlü Mirzəyeva Aygün Vaqif qızı müğənnidir. Onun  8-ci kilometr qəsəbəsində yerləşən hotellərin birinin hamam otağında olarkən 23 bıçaq zərbəsi ilə ağır xəsarətlər alması varədə xəbər yayılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR