MTN polkovniki ilə münasibətdə olan müğənnilərdən cavab gəldi

img

30-01-2014 [13:23]


"Mən başa düşə bilmirdim, müğənnilər Mahirin yanına nəyə gəlirlər. Bəlkə də "raskrutka"ya gəlirdilər. Amma Mahirdə heç vaxt pul olmazdı". 

Bu sözləri Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin yaxın dostu Qulu Cəfərov "Yeni Müsavat"a müsahibəsində deyib. O əlavə edib ki, Mətanət İsgəndərli Mahir Abdullayevi dünyada hamıdan çox istəyirmiş:

"Bəlkə də, Mətanət oxuduğu mahnıların çoxunu ona oxuyurdu. Mahir də həyatda Mətanətdən qorxduğu kimi heç kimdən qorxmurdu. Bir dəfə "Sevinc" kafesində oturmuşduq. Müğənni Mətanət Əsədova da bizimlə oturmuşdu. Birdən bir nəfər dedi ki, Mətanət İsgəndərli gəlir. Sənan dedi, "Mahir evin tikilsin, Mətiş gəlir". Bunu eşidəndə Mahir, özünü pəncərədən atdı ki, mən burda deyiləm. (gülür)
Xumar Qədimova, Elza Seyidcahan hər gün Mahirin yanına gəlirdilər. Bəlkə də, "raskrutka"ya gəlirdilər, bilmirəm. Amma Mahirdə heç vaxt pul olmazdı".

Səslənən iddialarla bağlı adıkeçən sənətçilərimizdən münasibət öyrəndik.

Müğənni Elza Seyidcahan qəzetimizə açıqlamasında haqqında yazılanlara belə münasibət bildirdi:

"Mənim Mahir Abdullayevi tanımağımın kimə nə dəxli var? Mən sənət adamıyam, dünyanı qarış-qarış gəzirəm. Minlərlə adam tanıyıram. Bu mənim üçün adi məsələdir. Boş-boş sözlər danışırlar. Mətbuat xalqa, dövlətə xidmət etməlidir. Mənim əsgərlərə, əlillərə, qocalara konsertlər verməyimdən yazsınlar".

"Hər kəs öz yerinə danışsın"

Müğənni Mətanət Əsədova isə haqqında yazılanlara əsəbiləşdi: "Mənim adım hallanıb? Mən görməmişəm yazını. Elə bir adamı da tanımıram. O haqda da bir söz deyə bilmərəm. Hər kəs öz yerinə danışsın. Mən belə şeylərə cavab vermirəm. Bağışlayın".

"Xumar Qədimova Mahirin sözlərinə mahnı oxuyub"

Xumar Qədimovayla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə bacısı Mətanət xanım cavab verib. O dedi ki, Xumar xanım 1998-ci ildə Mahir Abdullayevin sözlərinə yazılmış "Unuda bilmirəm" mahnısını ifa edib. Mahnı "Unuda bilmirəm" albomuna da daxil edilib:

"Şeir ona təklif olunmuşdu. O, heç vaxt hansısa şairlə maraqlanmayıb. Xumar xanım sözləri bəyənib, sevəndən sonra mahnını ifa edir. Digər məsələlərə qaldıqda isə onların aralarında iş birliyi olmayıb".

teleqraf.com



Digər xəbərlər
SON XƏBƏRLƏR