Azərbaycan və Rusiya arasında səhiyyə sahəsində əməkdaşlıq sazişi imzalanıb
06-07-2021 [15:25]
Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, toplantını giriş sözü ilə açan səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev qeyd etdi ki, ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq 18.06.2001-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyası Səhiyyə Nazirliyi arasında 16 maddədən ibarət «Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq Sazişi» çərçivəsində həyata keçirilir.
Teymur Musayev ölkələr arasında əməkdaşlığın uğurlu olmasını vurğulayaraq, Rusiya tərəfinə pandemiyaya qarşı mübarizədə göstərdiyi dəstəyə, koronavirus infeksiyasına qarşı PZR-testlər və “Sputnik V” vaksini verilməsinə görə minnətdarlığını bildirib.
Azərbaycan səhiyyə nazirinin birinci müavini ötən yay Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun ölkəmizə səfər etdiyini və yeni bir növ koronavirus virusu sahəsində çalışan mütəxəssislər qrupunun gəldiyini xatırladıb. Onun sözlərinə görə, Rusiya mütəxəssislərin dəyərli tövsiyələri respublikamızdakı epidemioloji vəziyyətin sabitləşməsinə öz tövhəsini verib.
Teymur Musayev həmçinin 15 sentyabr 2015-ci il tarixində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialın açılış mərasiminin olduğunu xatırladıb. Onun sözlərinə görə, beynəlxalq reytinqdə ən yaxşı Rusiya tibb universitetinin ilk filialının məhz Azərbaycanda açılması Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycanın Birinci vitse-prezidenti, Seçenov Universitetinin məzunu və fəxri professoru Mehriban Əliyeva təşəbbüsü sayəsində reallaşıb.
Öz növbəsində, Rusiya Səhiyyə naziri Mixail Muraşko qeyd etdi ki, ölkələr arasında səhiyyə sahəsində əməkdaşlıq Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın qərarlarına uyğun olaraq həyata keçirilir. Rusiya Səhiyyə Nazirliyinin rəhbəri birinci buraxılışı bu il olmuş İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətini xüsusi vurğulayıb.
Daha sonra Teymur Musayev və Mixail Muraşko "Səhiyyə və tibb elmi sahəsində yenilənmiş əməkdaşlıq Sazişi"ni imzaladılar.
Sənəd "Rusiya Federasiyası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə sektorunda əməkdaşlığın prioritet sahələrinin inkişafına dair 2021-2024-cü illər üçün Yol xəritəsi" barədə məlumatları özündə ehtiva edir.
Yol Xəritəsi əməkdaşlıq sahələrini – infeksion və qeyri-infeksion xəstəliklər; tibb işçilərinin ixtisaslarının təkmilləşməsi; tədqiqat institutları arasında birbaşa əlaqələrin qurulması; elmi tibb müəssisələri və icmalar arasında əlaqələrin qurulması və s. əks etdirir.
Bundan əlavə, Sənəddə tədbirlərin keçirilməsi - tibb və əczaçılıq inkişafı sahəsində məlumat mübadiləsi; prioritet sağlamlıq mövzularında seminarlar keçirərək mütəxəssis mübadiləsi və s. əks etdirilib.
Tədbirdə həmçinin Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov iştirak edib.
Qeyd edək ki, Yol xəritəsi Rusiya Federasiyası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən öz səlahiyyətləri çərçivəsində tərtib edilib. Sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 27 aprel 2021-ci ildə Moskvada imzalanmış 19-cu iclasının Protokolunu həyata keçirmək məqsədi daşıyır.
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib: "Biz bu gərginliyin aradan qaldırılması üçün..." - FOTOLAR
Regionda indiyə qədər olan pis-yaxşı nizam dağılır - Ərdoğan planını həyata keçirə biləcəkmi? (TƏHLİL)
"Yaşıl enerji məkanı" İşçi qrupunun növbəti iclası keçirilib
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!
Nizaminin icra başçısına ağır itki üz verib
“Azercell”dən xüsusi “Samsung” kampaniyası!