İQTİSADÇIDAN QAZ VƏ İŞIĞIN QİYMƏTİ İLƏ BAĞLI QƏRARA REAKSİYA: "Bu, ciddi narazılığa səbəb olacaq" - "Əhali daha da kasıblaşacaq"
30-06-2021 [17:52]
"Azərbaycan hökuməti əhaliyə satılan təbii qazın qiymətini artırdı. Belə ki, əvvəl 2200 m3 olan və 10 qəpiyə satılın limit, indi 1200 m3-ə qədər azaldıldı".
Mia.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, əhali 1200 m3 qazın pulunu hər m3-ə görə 10 qəpikdən, 1200-2200 m3 arası 20 qəpikdən, 2200 m3-dən artıq olanda isə 25 qəpikdən ödəyəcək:
"2020-ci ilin məlumatlarına əsasən əhalinin 21 faizi hətta 2200 m3 limiti belə keçib. Yəni, əhalinin ən azı 65-70 faizi yeni qaydalara görə limiti keçəcək, ancaq hökumət bu gün verdiyi açıqlamada israr edir ki, 50 faiz üçün qiymət artacaq, 50 faiz isə elə 1200 m3 limit çərçivəsini keçməyəcək.

NATİQ CƏFƏRLİ
Əvvəla, əhalinin lap 50 faizi üçün də qiymət artımı olsa belə, bu, indiki sosial durum üçün çox pisdir, əhalinin daha da kasıblaşmasına səbəb olacaq. Çünki, əhali kommunal xidmətlərə nə qədər çox pul xərcləyirsə, həyat keyfiyyətinin yüksəltmək üçün vəsaiti qalmır, qazancıbı ərzağa, kommunal xidmətə xərcləmək isə kasıblığın əsas göstəricisidir. Bu gün rəsmi rəqəmlərə görə əhali qazancının 55%-ni ərzağa, 25%-ə yaxınını isə kommunal xidmətlərə xərcləyir, toplamda 80% edir. Dünyada qazancının 25%-dən çoxunu ərzağa və kommunal xidmətlərə xərcləmək kasıblıq sayılır, bu indikatora görə əhalinin 80%-i bizdə kasıbdır".
O qeyd edib ki, elektrik stansiyalarına verilən təbii qazın tarifi də 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə qaldırılıb – bu isə o deməkdir ki, növbəti addım elektrik enerjisi qiymətinin artırılması olacaq:
"Ticarət, xidmət və digər sahələrdə istifadə olunun təbii qazın da qiyməti 5 qəpik artırılıb – bu isə, demək olar ki, bütün sahələrdə qiymət artımı dalğası gətirəcək.
Hökumət gözdən pərdə asmaq üçün “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib - əhalinin 90%-ə yaxını mərkəzləşdirilmiş istilik sitemindən mərhumdur, məhz ona görə də bu addımı gözdən pərdə asmaq kimi dəyərləndirmək lazımdır.
İlin əvvəlindən başlayan dizel, bensiz, içməlisi su, indi isə təbii qaz, bir müddət sonra elektrik enerjisi və ictimai nəqliyyatda qiymət artımı ölkədə sosial gərginliyi artıracaq əsas amildir. Ərzaq inflyasiyasının real resablamalarda ikirəqəmli həddə çatması da bu gərginliyi daha da artıran amildir. Nə istəyir hökumət?! Nədən insanların canını boğazına yığmağa çalışır?! Nədən oturduğu bütün budaqları kəsməyə çalışır?!".
O vurğulayıb ki, bundan sonra elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib:
"Bu qərar ciddi narazılığa səbəb olacaq: Dövlət mənə - vətəndaşa necə sübut edəcək istehlak saatlarını? İndi sayğaclarla bu mümkün deyil axı! Yanaşmanın özü normaldır, amma texniki cəhətdən necə həyata keçiriləcək ki, inandırıcı olsun?! Yəni, mən-vətəndaş-istehlakçı zatən inhisarçı dövlət şirkətlərinə güvənmirəm, bəs nə etməliyəm?! Hər axşam saat 22:00-da ayağımın altına stul qoyub sayğacın göstəricisini yazmalı, səhər saat 08:00-da bir daha dırmaşıb gecə işlətdiyimi qeyd etməli, və beləcə 30 gün əziyyət çəkməliyəm ki, bu oğru, korrupsioner, büdcəni talayan dövlət şirkətləri məni aldatmasın?! Necə olacaq bunun prasedur qaydaları?! Avqustun əvvəlində siz, hökumət olaraq onminlərlə vətəndaş şikayəti ilə üzləşəcəksiniz, bunu istəyirsiniz?!".
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi