Elza Seyidcahanın oğlu jurnalistə hədə-qorxu gəlib

img

27-01-2014 [23:14]


Müğənni Elza Seyidcahanın oğlu, skripka ifaçısı Ələkbər jurnalist İntiqam Valehoğluna zəng vuraraq onu hədələyib.

 Jurnalistin MIA-ya verdiyi məlumata görə, buna səbəb yanvar ayının 8-də ANS telekanalında yayımlanan "Adam içində” verilişində etdiyi çıxışdır: "Həmin verilişdə Elza Seyidcahanla ciddi mübahisəmiz oldu. Amma efir ərzində ona qarşı heç bir təhqiramiz ifadə işlətməmişəm. Elza Seyidcahanın oğlu Ələkbər isə mənə zəng vuraraq onun şəxsi həyatı yazan jurnalistlər haqda nalayiq ifadələr işlətdi. Sonra isə məni hədələməyə başladı. Deyim ki, nəinki Ələkbərdən, heç kimdən zərrə qədər qorxum yoxdur. Amma hər ehtimala qarşı bu məsələi ictimailəşdirmək qərarına gəldim. Deyim ki, Ələkbərlə olan söhbətimizin audioyazısı da məndədir. Ələkbərin səsini özünə xəbərdarlıq edərək yazmışam. Əgər belə hal bir daha təkrarlansa, həmin səs yazısını ərizəmlə birlidə hüquq mühafizə orqanlarına təqdim edəcəyəm”. 

Jurnalist bildirib ki, indiyə kimi əməkdar artistin oğlu ilə heç bir tanışlığı olmayıb: "Ələkbərin adını anasına görə eşitmişəm. Sadəcə mənə maraqlı olan odur ki, bu adam verilişdən 15 gün sonra mənə zəng vurub. Danışığından da açıq-aşkar hiss olunurdu ki, verilişdəki söhbətlərdən tam xəbərdar deyil”.

Digər xəbərlər
SON XƏBƏRLƏR