Hakimlərə vəkilləri cərimələmək səlahiyyəti verilir - Qanuna dəyişiklik

img

24-06-2021 [13:34]


Məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.

Mia.az xəbər verir ki, bu barədə Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən yeni - 174.5-ci maddədə bildirilib.

Qeyd olunub ki, layihəyə əsasən, cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR