Məşhur müğənni Ukraynanın təhlükəsizliyini təhdid edən şəxslər siyahısına daxil edilib

img

24-06-2021 [12:26]


Rusiyanın tanınmış estrada müğənnisi Filip Kirkorov Ukraynanın təhlükəsizliyini təhdid edən şəxslər siyahısına daxil edilib.

Bu barədə Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müğənni ilə bağlı qərar ölkənin Təhlükəsizlik Xidmətinin sorğusu əsasında qəbul edilib. Bundan sonra F.Kirkorovun iştirakı ilə keçirilən konsert və musiqili verilişlər Ukraynada yayımlanmayacaq. Lakin qadağanın səbəbi açıqlanmayıb.

F.Kirkorov Ukraynanın “qara siyahı”ya saldığı 201-ci şəxsdir. Rəsmi Kiyev bu ilin aprelində tanınmış rusiyalı reper Əlşir Valeyev (Morqenştern) də siyahıya daxil edib.

Adların “qara siyahı”ya salınması həmin şəxslərin iştirakı ilə televerilişlərin yayımlanmasını qadağan edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:28 17.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA