Sumqayıtda dəhşətli qətl: 49 yaşlı qonşu qadına 29 bıçaq zərbəsi vuruldu

img

23-06-2021 [23:16]


Sumqayıtda qonşular arasında düşən mübahisə ölümlə nəticələnib.

Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Belə ki, 1972-ci il təvəllüdlü Sevinc Abdullayeva 29 bıçaq zərbəsi ilə kişi qonşusu tərəfindən qətlə yetirilib.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

49 yaşlı qadını qətlə yetirən şəxs polis tərəfindən saxlanılıb/APA.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR