Ceyhun Bayramovla Lavrov telefonla danışdı: Qarabağla bağlı nələr müzakirə olunub?

img

23-06-2021 [14:47]


Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Rusiya xarici siyasət idarələrinin rəhbərlərinin telefon danışığı barədə məlumat yayıb.

XİN-dən Mia.az-a verilən məlumata görə, Ceyhun Bayramov və Sergey Lavrov bölgədə mövcud olan cari vəziyyət, üç ölkənin liderləri tərəfindən imzalanan birgə bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı həmçinin bölgənin münaqişədən sonrakı mərhələdə inkişafı məsələləri müzakirə edilib və bu xüsusda, üç ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərliyi altında fəaliyyət göstərən üçtərəfli İşçi Qrupunun fəaliyyəti vurğulanıb.

Eyni zamanda tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA