Türkiyənin 5 əyalətində PKK-ya qarşı yeni əməliyyat keçirilir

img

22-06-2021 [12:24]


Türkiyənin 5 əyalətində terrorçu PKK-ya maliyyə yardımı etməkdə şübhəli bilinən 105 nəfərin tutulması istiqamətində əməliyyat keçirilir.

“TRT Haber” xəbər verir ki, əməliyyatda 1200 şəxs heyət iştirak edir.

Bildirilib ki, əməliyyat Diyarbakır, İstanbul, Ankara, Adana, Aydın əyalətlərində 136 müxtəlif ünvanlarda eyni vaxtda başlayıb.

Əməliyyat Diyarbakırın Lice, Hazri və Kocaköy rayonlarında qanunsuz narkotik maddələrin satışından əldə edilən gəliri terrorçu PKK-a qruplaşmasına ötürməkdə şübhəli bilinən 105 nəfərin saxlanılması üçün keçirilir.

Məlumata görə, “Narko-Terör Finans-2” adlı ən genişmiqyaslı sayılan əməliyyatı Jandarm Xüsusi Təyinatlıları, Jandarm Komandosu, Jandarm Narkotik qaçaqmalçılığına qarşı mübarizə şöbəsi keçirir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR