İsrailin yeni baş naziri Netaniyahu ilə görüşüb

img

14-06-2021 [15:48]


İsrailin yeni baş naziri Naftali Bennetlə keçmiş baş nazir Binyamin Netaniyahu arasında görüş olub.

“newsru.co” xəbər verir ki, görüş hökumətin dəftərxanasında keçirilib.

Bildirilib ki, görüş zamanı Binyamin Netaniyahu hökumət işlərini xələfinə təhvil verib.

Qeyd edək ki, iyunun 13-də İsrail prezidenti Reuven Rivlin Naftali Bennetin başçılıq etdiyi yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib. 12 il hökumətə başçılıq etmiş Binyamin Netaniyahu isə müxalifətdə olacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR