Qəzet redaksiyaları aksiya qərarı verdi

img

26-01-2014 [01:27]


Yanavrın 25-də son qəzetlərə yaradılan əngəllər, qəzet köşklərinin bağlanması, yayım firmalarına olunan təzyiqlər, səyyar qəzet satışının qadağan olunması ilə bağlı redaktorların və yayımçıların toplantısı keçirilib. 

"Zerkalo” qəzetinin redaksiyasında baş tutan görüşdə aparıcı qəzetlərin rəhbərləri, yayım firmalarının nümayəndələri iştirak ediblər. 


Müzakirələrdən sonra qərara alınıb ki, yanvarın 31-də Bakıdakı Sabir bağında piket keçirilməsinə icazə verilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilsin.

Bundan başqa, 30 yanvar tarixində Beynəlxalq Mətbuat Mərkəzində (BMM) deputatların, hüquq müdafiəçilərinin, ictimaiyyət nümayəndələrinin, siyasi partiyaların təmsilçilərinin iştirakı ilə toplantı keçirilməsinə qərar verilib.
Eyni zamanda problemlə əlaqədar ölkə prezidentə müraciət göndəriləcək.

Qəzet rəhbərləri 1 günlük tətili keçirməyi də düşünürlər.

Hələlik ilkin olaraq 7 qəzet bu aksiyalara razılıq verib. Digərlərinə də bu aksiyaya qoşulmaq üçün müraciət edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:25 06.08.2025

Xorxe Kosta vəfat edib