İlham Əliyev daha bir fərman imzalayıb

img

27-02-2023 [15:11]


 Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Fərmana dəyişikliklərin edilməsi barədə Fərman imzalayıb.

Mia.az xəbər verir ki, dəyişikliklərə əsasən, idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısına “digər kalsium fosfatları” və “Treonin” əlavə olunaraq, bu güzəştin müddəti bir il uzadılıb. Bununla bağlı “2022-ci” sözləri “2023-cü” sözləri ilə əvəz edilib.

Azərbaycanda ƏDV-nin dərəcəsi 18 % təşkil edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA