AVRO-2020: Avstriya Şimali Makedoniyanı məğlub etdi

img

13-06-2021 [21:55]


Futbol üzrə Avropa çempionatında C qrupunun ilk oyunu keçirilib.

Mia.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdəki Milli Arenada Avstriya və Şimali Makedoniya yığmaları üz-üzə gəlib.

Hesabı 18-ci dəqiqədə Ştefan Layner açıb. Bundan 10 dəqiqədə sonra Qoran Pandev Şimali Makedoniya millisinin mötəbər yarışda ilk qolunu vurub. Lakin 78-ci dəqiqədə Mixael Qreqoriç, 89-cu dəqiqədə isə Marko Arnautoviç fərqlənərək, Avstriya yığmasının 3:1 hesablı qələbəsini təmin edib.

Qeyd edək ki, C qrupunda ilk turun digər oyunu bu gün Niderland və Ukrayna milliləri arasında olacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşma "Amsterdam Arena"da keçiriləcək. Görüşü almaniyalı referi Feliks Brıx idarə edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA