DTX və PROKURURLUQDAN BİRGƏ MƏLUMAT: daha 26 erməni terrorçusunun cinayət işi məhkəməyə göndərildi - Təfərrüat
10-06-2021 [18:48]
Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha 26 üzvü barəsində cinayət işi məhkəməyə göndərilib.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb:
"İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.
Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib".
İstanbulda qorxunc mənzərə - Narkotik qəbul edən yeniyetmələr "zombi"yə çevrildilər (FOTO)
Danimarka ordusu Trampın təcavüz ehtimalına hazırlıq görür: "ABŞ-ın Qrenlandiyaya mümkün müdaxiləsi..."
Türkiyədə məşhur aktyor və aktrisalar saxlanıldı - SİYAHI
Paulista "Beşiktaş"dan ayrıldı: "Bu qərar asan olmadı"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Politoloq: "İranda Pəhləvinin simasında yenidən şah üsul-idarəsinin bərpasını istəmirlər"
Qarışan İran və ya yolu kəsilən Türkiyə... - ELXAN ŞÜKÜRLÜ YAZIR
Leyla Əliyeva Qusarda "Kənd Həyatı" layihəsinin qonağı olub - VİDEO
Şahin Bağırov polkovniki idarə rəisi təyin edib
"Azərsun"un şəkər tozu: şirinliyi niyə yoxdur? - VİDEO
"Nərimanov" metorstansiyasında kişi qatarın altına düşərək ölüb
Prezident futbol komandasına avtobus bağışlayıb - FOTO
Gəncə-Qəbələ-Gəncə qatarının qrafiki və bilet qiymətləri... - CƏDVƏL
"Şit reklamlar"a böyük pullar xərcləyən "Tamstore": qiymətlər bahadır, yoxsa? - VİDEO
Abşeronda məktəbli dəm qazından zəhərlənib
Azərbaycandan Ermənistana yenə neft məhsulları göndəriləcək
"Fənərbağça" daha bir futbolçu transfer edir
Neymarın müqavilə müddəti uzadıldı
Sabah Bakının bu ərazisində qaz olmayacaq
Prezident bu qurumlara 6,3 milyon manat ayırdı - SƏRƏNCAM
Xalq artisti Cahangir Novruzov təltif olunub - Sərəncam
Prezident onları təltif edib - SİYAHI
AMEA-nın vəzifəli şəxsləri hakim qarşısına çıxarılır - DETALLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır
GÖMRÜKÇÜLƏRİN CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ
"Bu, ABŞ-ın Cənubi Qafqazda daha aktiv və konstruktiv rol almasına imkan verər..." - TƏHLİL
Dövlət Agentliyi 279 min manata ofis icarəyə götürüb
"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib
Müğənnini "Maybach"da qarşılayan icra başçısından 163 min manatlıq "alış-veriş": vedrə, xəkəndaz, zibil torbaları və
Azərbaycan millisi iki yoxlama oyunu keçirəcək
Azərbaycanın iki idmançısı cəzalandırılıb - Dopinqə görə
Azərbaycandan Rusiya səfirinə tələb: “Cənab səfir, bizə cavab verin”
Lənkəranda məzar daşını sındıran şəxs həbs edildi
Cəbrayılda 40 yaşlı şəxs minaya düşüb
Qazaxda yanacaq daşıyan avtomobil yanıb, ölən var
Stomatoloqlar TƏBİB-in qərarına etiraz edirlər
“Mossad” İlham Əliyevdən sitat paylaşdı - FOTO
"Mən satqın deyiləm, iqtidar..." - Maduronu ABŞ-a satdığı iddia olunan vitse-prezident dilə gəldi
Həbsdə olan həkim azad edilib - Məhkəmə prosesi
Azərbaycan Kubokunun 1/4 finalı: oyunların vaxtı bəlli oldu
Sabah hava necə olacaq? - Proqnoz
Misli.az-ın etibarlılıq problemi: balans səhvi, pul silinməsi...