Azərbaycana daha 40 min doza “Sputnik V" gətirildi

img

10-06-2021 [13:19]


Azərbaycana daha 40 min doza “Sputnik V" vaksini gətirilib.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. 

Məlumata əsasən, Azərbaycanda “Sputnik V” vaksininin istifadəsinə mayın 18-dən başlanılıb. İndiyədək ümumilikdə 80 min doza “Sputnik V” peyvəndi ölkəyə gətirilib.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiyanın “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat sazişinə əsasən, 300 000 doza “Sputnik V” dərman vasitəsi Azərbaycana gətiriləcək. İlk partiya 40 min doza vaksin isə mayın 2-də Azərbaycana gətirilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA