3 uşaq anasını maşında zorlayan 37 yaşlı taksi sürücü hakim qarşısında: "Yumruqla vurdum, ancaq..." - Təfərrüat
08-06-2021 [13:31]
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonu Dondar Quşçu kənd sakini Ceyhun Əliyev (şərti) barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (Zorlama - öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Publika.az-a istinadla xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə bəzi maraqlı məqamlar üzə çıxıb.
Bəlli olub ki, 1982-ci il təvəllüdlü Ceyhun ailəlidir, onun zorladığı həmkəndlisi Arifə Məmmədova (şərti) isə 3 uşaq anasıdır və 2017-ci ildə rəsmi qaydada həyat yoldaşından boşanıb və övladları ilə birlikdə anasının evində yaşayır.
Hadisəyə gəlincə, 2019-cu ilin 15 dekabr tarixində özünə məxsus “VAZ 2106” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Ceyhun onun maşınında müştəri olmuş Arifənin anasının nəqliyyat vasitəsində unutduğu çantasını vermək üçün onların evinə gəlib. Bu zaman Arifə həmkəndlisi və taksi sürücüsü kimi tanıdığı Ceyhuna çantanı qoyub getməsini və yarım saat sonra gələrək onu Qovlar şəhərinə aparmasını, uşaqlarının müəllimi ilə danışmağa gedəcəyini bildirib. Lakin yarım saat sonra zəng etsə də, Ceyhuna zəng çatmayıb. Başqa maşınla Qovlara gedən qadın daha sonra yenidən Ceyhuna zəng edərək onu kəndə qaytarmasını xahiş edib.
Zərərçəkən qadın ifadəsində bildirib ki, Ceyhun onu götürüb maşını hərəkətə gətirdikdən bir qədər sonra anası Püstənin (şərti) Kür çayının sahilindəki yerdə başqa bir şəxslə yeyib-içdiyini və sərxoş vəziyyətdə olmasını bildirib. Bunu eşidən Arifə sürücünün maşını həmin yerə sürməsinə etiraz etməyib. Lakin əsas yoldan çıxıb bir qədər hərəkət etdikdən sonra Ceyhun maşını saxlayaraq arxa tərəfə keçib və orada oturan müştərisinə onu çox bəyəndiyini, cinsi əlaqədə olmaq istədiyini deyib.
Bunu eşidən qadın yumruqla Ceyhunun gözünə zərbə endirib. Ceyhun isə məqsədini həyata keçirməyə israr edib və Arifənin qarşıdan gələn Yeni il üçün uşaqlarına aldığı hədiyyələrin içindən şarı götürərək onun boğazına keçirib. Hadisədən bir müddət əvvəl yaşadıqları Dondar Quşçu kəndində 10 yaşlı Nərminin müəmmalı şəkildə yoxa çıxmasını xatırladan Ceyhun “Elə etmə səni də Nərmin kimi öldürüb, Kürə atım”, deyərək qadına qarşı hədə-qorxu gəlib. Qadına qarşı eyni zamanda fiziki zor tətbiq edən şəxs onun müqavimətini qıraraq zorla cinsi əlaqədə olub.
Qorxu keçirən qadın Ceyhuna ondan şikayətçi olmayacağını deyərək onu evlərinə qaytarmasını xahiş edib. Arifənin sözlərinə inanan sürücü maşını kəndə doğru sürməyə başlayıb. Yolda olarkən Arifə Dondar Quşçu kəndinin polis sahə müvəkkilinə başına gələn hadisə barədə məlumat verib. Maşın Tovuzun Əlimərdanlı və Hunanlar kəndi arasında hərəkətdə olarkən polislər onları saxlayıb.
İstintaq materiallarından məlum olur ki, Ceyhun Əliyev tutularkən Nərminin qətlinin üstü hələ açılmayıbmış və o da bu hadisə barədə sorğu-sual edilib. Zorlama olayından təmixənən 20 gün sonra isə kənd ərazisində Nərminin yanmış meyiti tapılıb və qətlin başqa şəxs tərəfindən törədildiyi üzə çıxıb.
Məhkəmənin hökmü ilə zorlamada təqsirli bilinən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - Direktor TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqladı və...
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN