Rəsmi Moskvadan NATO-ya mesaj: "Hərbi ekspertləri cəlb etmədən bunun mənası olmayacaq"

img

07-06-2021 [12:06]


“Rusiya NATO ilə dialoqdan geri çəkilmir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, ölkəsinin Şimal Alyansı ilə dialoqa hazır olduğunu söyləyib: “Rusiya NATO ilə deskalasiya və insidentlərin qarşısının alınması məsələlərini müzakirə etməyə hazırdır. Lakin hərbi ekspertləri cəlb etmədən bu dialoqun mənası olmayacaq. Bu, NATO baş katibi cənab Stoltonberqə də yaxşı məlumdur”, - deyə Rusiya XİN rəsmisi NATO baş katibinin “Rusiya görüşmək təklifimizə cavab verməyib” bəyanatına münasibət bildirərkən deyib/APA. ​ ​


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA