19 yaşlı azərbaycanlını başından güllələyən polis sərbəst buraxıldı - FOTO/VİDEO
05-06-2021 [00:30]
Rusiyanın Novosibirsk şəhərində 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi gülləyərək qətlə yetirmiş Yol Polisi müfəttişi Aleksandr Qusev şəhəri tərk etməmək iltizamı ilə azadlıtğa buraxılıb.
Hadisə zamanı V.Abdullayevin yanında olan iki azərbaycanlı gənc barədə cinayət işinin qaldırılması və istintaqa başlanması barədə qərar qəbul olunub.
Azərbaycanlılar hakimiyyət nümayəndəsini təhqirdə və ona hücumda suçlanırlar.
Xatırladaq ki, insident mayın 18-də baş verib.
Rəsmi versiyaya görə, "Sibir" trası ilə hərəkət edən avtomobili təqib edən polislər sonucda maşını saxlayıblar. Maşından düşən azərbaycanlı gənclər saxlanılıb və bu zaman onlardan biri nə baş verdiyini, suçunun nə olduğunu soruşub. 19 yaşlı Vəkil Abdullayev yoldaşının qolunu buran yol polis əməkdaşı A.Qusevin niyə belə davrandığın soruşanda Qusev əvvəlcə onu yumruqla vurub, sonra tapançasından atəş açıb.
V.Abdullayev xəstəxanaya aparılıb, iki gün sonra vəfat edib.
A.Qusev vəzifə səlahiyyətlərini aşmaqda suçlanaraq saxlanmışdı.
Rusiyanın Baş İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin göstərişi ilə A.Qusev azadlığa buraxılıb. Bundan başqa, A.Bastrıkin Novosibirskdə A.Qusevin saxlanmasına qərar vermiş müstəntiqlər barəsində xidməti təhqiqatın başlanmasını tapşırıb.
Necə deyərlər, "finita la commedia" və ya əsl tragifars.
Bir daha xatırladaq: Novosibirskdə yol polislər A.Abdullayevin idarə etdiyi avtomobili saxlamaq qərarına gəliblər. Yan pəncərələrində tonlaşdırıcı plyonka olduğuna görə.
İddialara görə, maşın dayanmayıb və polislər də avtomobili təqib etməyə başlayıblar.
Güllələnmiş Vəkil Abdullayevin yol yoldaşları isə bu iddiaları rədd edirlər. Onların dediklərinə görə, yol-hərəkət qaydalarını pozmayıblar, təqib də olmayıb. Polislər heç bir izahat olmadan onları avtomobil dayanacağında saxlayıblar və mübahisə, sonra da münaqişə olub.
Baş verənlər Rusiyada yerli QİBDD-nin, yəni Yol Polisinin müfəttişlərinin daim "şikar"a qarşı tətbiq etdikləri, klassik avtotələyə çox bənzəyir: hədəf seçilmiş avtomobili saxlamaq, sürücüyə "saxlama əmri yerinə yetirilmədi" demək, kobud şəkildə davranmaq, sonra da rüşvət tələb etmək.
Yaxşı ki, mərhum Vəkil Abdullayevin dostlarından biri yaşanan olayı smartfonla çəkib.
Kadrlarda aydın görünür və eşidilir ki, yol polisləri azərbaycanlı gəncləri söyür, təhqir edirlər, sonra da Qusev Abdullayevi güllələyir.
Bu hadisə Rusiyada son vaxtlar yenidən fəallaşmağa və populyarlaşmağa başlayan ura-patriot, şovinist qüvvələri aktivləşdirib. Ən çirkin, murdar təxribatçı bəyanatlar, yalanlar, feyklər işə düşüb.

Məsələn, A.Qusevin arvadı Natalya Quseva Rusiya prezidenti Vladimir Putinə, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Denis Bortnikova və İstintaq Komitəsinin sədri A.Bastrıkinə videomüraciət ünvanlamışdı.
Bu qadının həyasızcasına iddialarına görə, guya azərbaycanlılar "onu və övladlarını ölümlə hədələyirlər".
Lakin onun yalan danışdığı çox tez bəlli oldu. Novosibirsk Baş Polis İdarəsi bəyanat yayaraq bildirdi ki, N.Quseva dindirilib və o, belə bəyanatı vəkilin təkidi ilə verdiyini etiraf edib.
Belə çıxır ki, yol polislərinin azğın davranışını və özbaşınalığını smartfonla çəkmək - "polisə müqavimət"dir.
İstintaqa təzyiq göstərmək üçün yalan bəyanat vermək isə "adi hal"dır.
Rusiya Federasiyasının insan haqları üzrə müvəkkilinin yanında ekspert şurasının üzvü, "Russiya Today" telekanalının jurnalisti, sabiq casus Mariya Butina isə ümumiyyətlə, A.Qusevi mükafatlandırmağı təklif etmişdi.
Bir düşünün: insan haqları üzrə şuranın üzvü 19 yaşlı gənci güllələmiş adama mükafat tələb edir!

RF İctimai Palatasınln üzvü, Vahid Rusiya partiyasından dövlət Dumasına namizədliyini irəli sürmüş Mariya Butinanın açıqlaması ölkədəki neonasistləri, irqçiləri, şovinistləri və millətçiləri ruhlandırıb.
Başqa cür ola da bilməzdi.
Vəkil Abdullayevin güllələnməsi ilə bağlı olay, bu faciə əslində qanunun ən primitiv və kobud şəkildə tapdanması, vətəndaş hüquqlarının heçə sayılması, ən başlıcası isə Rusiyada bilərəkdən milli zəmində qarşıdurma yaratmağa yönəlmiş məqsədyönlü cəhddir.
Və ən nəhayət...

19 yaşlı Vəkil Abdullayev Rusiya Federasiyasının yox, Gürcüstanın vətəndaşıdır.
Rəsmi Tbilisi indiyədək niyə susub, nədən vətəndaşının xüsusi amansızlıqla qətlə yetirilməsini, bu faciədən istifadə edənlərin milli zəmində qarşıdurma yaratmaq cəhdləri ilə bağlı rəsmi bəyanatlar vermir, reaksiyasını bildirmir, beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmır?
Olmaya Vəkil azərbaycanlıdır, ona görə?!
Elçin Alıoğlu
Milli.Az
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - Direktor TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqladı və...
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN