Ərdoğan: "Ordumuz xainlərdən təmizləndikcə yeni-yeni uğurlar qazanır"

img

04-06-2021 [17:28]


“Ölsəm şəhid, qalsam qazi” olaram anlaşıyı ilə fəaliyyət göstərən Türkiyə Silahlı Qüvvələri sıralarındakı xain və satqınlardan təmizləndikcə yeni-yeni uğurlar qazanır”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Dəniz canavarı-2021” (“Dəniz kurdu”) hərbi təlimlərinə canlı bağlantı zamanı deyib.

O bildirib ki, Türkiyə Silahlı Qüvvələri bacarıq və qətiyyətlilik baxımından dünyanın ən hazırlıqlı ordularındandır: “Son zamanlar Aralıq dənizinin şərqində, Suriya və İraqdakı əməliyyatlarda ordumuzun qabiliyyətini görmək imkanı əldə etdik”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA