Putinin sözçüsü: "Amerikalılar türklərə çox təzyiq göstərirlər, amma..."

img

03-06-2021 [17:44]


"Türkiyədəki rusiyalı hərbi mütəxəssislər planlaşdırılmış qaydada ölkəni tərk edirlər".

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun istəyi ilə rusiyalı texniklərin ölkədən çıxarılmasından söhbət gedə bilməz. “Xeyr, bu, belə deyil. Müvafiq xidmətimiz dünən izahat verdi. Orada Amerika təsiri yoxdur. Bilirsiniz ki, amerikalılar türklərə çox təzyiq göstərirlər, amma Türkiyə tərəfi öz mövqeyini davamlı olaraq qorudu. Oradakı bütün mütəxəssislərimiz planlı şəkildə vətənlərinə qayıdırlar, onlar türk personalının kadr hazırlığını başa çatdırıblar. Bunu ölkədən çıxarılma kimi təqdim etmək doğru deyil və səhv yanaşmadır”, - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, 2017-ci ildə Rusiya və Türkiyə S-400 kompleksi üçün müqavilə imzalayıblar. Hava hücumundan müdafiə sistemlərinin Türkiyə tərəfinə çatdırılması 2019-cu ilin yay-payız aylarında həyata keçirilib. Razılaşma Türkiyə ilə ABŞ arasındakı münasibətlərdə böhrana səbəb olub. Vaşinqton bunun qarşılığında Türkiyədən Amerikanın "Patriot" komplekslərini almağı tələb edibAzvision


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA