Qırğızıstanın sabiq baş naziri də həbs olundu

img

02-06-2021 [16:42]


Qırğızıstanın sabiq baş naziri Omurbek Babanov korrupsiyada şübhəli bilinərək 2 aylıq həbs olunub.

Bu barədə “RİA Novosti”yə Bişkekin 1 May rayonu məhkəməsindən bildiriblər.

“Məhkəmə Babanov barəsində 2 aylıq həbs qəti imkan tədbirinin seçilməsi haqqında qərar qəbul edib”, - deyə məhkəmədən bildiriblər.

Daha əvvəl respublikanın Milli Təhlükəsizlik Dövlət Komitəsi Nazirlər Kabinetinin keçmiş rəhbərinin “Kumtor” qızıl filizi yatağının işlənməsi ilə bağlı layihənin həyata keçirilməsi zamanı rüşvət almaqda şübhəli bilindiyi barədə məlumat verilib. O, mayın 31-də xüsusi xidmət orqanları tərəfindən saxlanıb.

Xatırladaq ki, sabiq prezident Almazbek Atambayevin dövründə baş nazir vəzifəsini tutmuş Babanov 2017-ci il noyabrın 15-də keçirilmiş seçkilərdə keçmiş prezident Sooronbay Jeenbekovun əsas rəqibi olub/Report.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl bu ölkənin keçmiş spikeri də korrupsiyada ittiham olunaraq, həb s edilib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA