Rusiya bu ölkələrə aviareyslərin sayını artırır

img

02-06-2021 [13:09]


İyunun 10-dan etibarən Rusiya Yunanıstan, Azərbaycan, Ermənistan, Qətər, Özbəkistan, Tacikistan, Misir, Serbiya, Belarus və Almaniyaya aviareyslərin sayını artırır.

"RİA Novosti"nin verdiyi məlumata görə, bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə Operativ Qərargahından bildirilib.

Bildirilib ki, iyunun 10-dan Belarusla Moskva-Minsk marşrutu üzrə uçuşların sayının qarşılıqlı əsasda 10-dək artırılması barədə qərar qəbul edilib. Həmçinin, iyunun 10-dan etibarən Moskva-Afina marşrutu üzrə uçuşların sayı həftədə iki dəfəyədək artırılacaq, Azərbaycan (Moskva-Bakı), Ermənistan (Moskva-İrəvan), Qətər (Moskva-Doha), Özbəkistan (Moskva-Daşkənd) və Tacikistana (Moskva-Düşənbə) əlavə reys yerinə yetiriləcək, Misir (Moskva-Qahirə) və Serbiyaya (Moskva-Belqrad) isə həftədə yeddi uçuş həyata keçiriləcək.

Bundan başqa, Moskva-Münhen aviareysi də bərpa olunacaq.

Xatırladaq ki, iyunun 14-dən etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva (Domodedovo aeroportu) və əks istiqamətdə xüsusi reyslərin sayını 2-dən 3-dək artıracaq/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA