Lavrov: “İranın nüvə sazişi ilə bağlı Vyana danışıqlarında əhəmiyyətli tərəqqiyə nail olunub”

img

01-06-2021 [20:36]


“İranın nüvə sazişi ilə bağlı Vyanada aparılan danışıqlarda əhəmiyyətli tərəqqiyə nail olunub. Lakin yekun qərar hələ qəbul edilməyib”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Danışıqlar gedir, əhəmiyyətli tərəqqiyə nail olunub. Lakin yekun qərar qəbul edilməyib. Daha çox maraqlı dövlətlərin paytaxtlarında, hər şeydən öncə ABŞ və İranda siyasi qərarların tələb olunduğu məsələlər qalır. Hərtərəfli Birgə Fəaliyyət Planının digər iştirakçıları kimi, biz yekun həllin tapılması üçün ən əlverişli şərait yaratmağa çalışırıq. Bunun yaxın bir neçə gündə və ya bir neçə həftədə baş verəcəyini təxmin etmək, indi zənnimcə qeyri-məhsuldar olar. Vyanadakı danışıqları aparanlar ən qısa müddətdə nəticə əldə etmək üçün çalışırlar”, - deyə Rusiya XİN başçısı vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR