Nazirlər Kabineti Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri barədə məlumat yayıb - FOTO
31-05-2021 [19:53]
Nazirlər Kabineti Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri barədə məlumat yayıb.
Mia.az xəbər verir ki, mayın 30-da Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olub. Səfər zamanı Şahin Mustafayev İranın neft naziri Bijən Namdar Zəngənə, yollar və şəhərsalma naziri Məhəmməd Eslami və Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə danışıqlar aparıb.
Şahin Mustafayevin İranın neft naziri Bijən Namdar Zəngənə ilə görüşündə Azərbaycan ilə İran arasında neft-qaz sahəsində əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib. Tərəflər qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını ifadə ediblər.
İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami ilə görüş əsnasında iki ölkə arasında nəqliyyat sahəsində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər Azərbaycanla İran arasında ticarət dövriyyəsinin cari ilin dörd ayında 27 faiz artdığını məmnunluqla qeyd ediblər. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcminin 19% artdığı vurğulanıb. Eyni zamanda, dəhlizin hissəsi olan Astaraçay çayı üzərində yeni avtomobil körpüsünün inşası ilə əlaqədar məsələlərə dair fikir mübadiləsi aparılıb.
Baş nazirin müavini Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə regionda yeni reallıqların yarandığını xüsusi vurğulayıb. Qeyd olunub ki, nəqliyyat yollarının və kommunikasiyaların açılması Cənubi Qafqazın nəqliyyat və iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq və regionda inkişaf üçün böyük perspektivlər yaradacaq.
İran İslam Respublikası Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşdə iki ölkə arasında siyasi, iqtisadi-ticari, energetika, neft-qaz, İKT, kənd təsərrüfatı, səhiyyə, humanitar və bir çox digər sahələrdə uğurlu əməkdaşlıq yüksək qiymətləndirilib. Azərbaycan ilə İranın bir sıra beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin həyata keçirilməsində birgə fəaliyyət göstərməsindən məmnunluq ifadə edilib. Görüşdə iki ölkə arasında qarşılıqlı əlaqələrin perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadın öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib