Çavuşoğlu 5 il sonra Yunanıstanda: “Siyasi və hərbi dialoqumuz da bütün sahələrdə irəliləyir"

img

31-05-2021 [14:52]


“Beş illik fasilədən sonra Yunanıstandayıq. Yunanıstanın Baş naziri Kiriakos Miçotakis və həmkarım Nikos Dendiasla görüşlərdə ikitərəfli əlaqələrimizi əhatəli bir şəkildə müzakirə etmək imkanımız oldu”.

Bunu Yunanıstanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yunan həmkarı Nikos Dendiasla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

M. Çavuşoğlu bildirib ki, Yunanıstanla enerji, turizm, ticarət, nəqliyyat kimi sahələrdə 25 maddədən ibarət sənəd üzərində müzakirələr aparılıb və saziş qəbul olunub.

“Siyasi və hərbi dialoqumuz da bütün sahələrdə irəliləyir. Fikir ayrılıqlarımız olan sahələrdəki məsələlərin qonşuluq prinsipləri əsasında həll olunmasını istəyirik. Yunanıstanla əlaqələrimizin hər sahədə inkişaf etməsi üçün dialoqa hazırıq”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

O, iki ölkə liderinin iyunun 14-də keçiriləcək NATO toplantısında görüşü üçün hazırlıqların aparılacağını da qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA