Şoyqu ilə erməni nazir arasında növbəti telefon danışığı olub

img

31-05-2021 [14:19]


Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan arasında növbəti telefon danışığı olub.

Məlumata görə, telefon söhbətində Ermənistan-Azərbaycan sərhədində vəziyyət, habelə iki nazir arasında mayın 28-də Moskvada baş tutmuş danışıqlarda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin yolları müzakirə olunub.

S. Şoyqu və V. Arutunyan, həmçinin, Ermənistan Silahlı Qüvvələrində islahatların əsas istiqamətləri, Rusiya sülhməramlılarının Qarabağdakı missiyası, regional təhlükəsizliyə dair bəzi məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, son günlər Rusiya və Ermənistan müdafiə nazirləri arasında təmaslar intensiv xarakter alıb.

Mayın 20-də və 25-də iki nazir arasında telefon danışığından sonra V. Arutunyan mayın 28-də Moskvaya səfər edərək S. Şoyqu ilə görüşüb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA