Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üçün qeydiyyat başlayıb
31-05-2021 [12:28]
Bu gündən 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək istəyənlər üçün qeydiyyat başlayır.
Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, iştirakçılar 31 may – 7 iyunda bu link vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Abituriyent seçdiyi 2 istiqamətə aid ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin cəmi 6 komissiyası üzrə qeydiyyatdan keçə bilər.
Yalnız tam orta təhsil bazasında orta ixtisas təhsili müəssislərinin ixtisaslarını seçən abituriyentlər təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətlərinin hər hansı 2-si üzrə istənilən sayda komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
Xatırladaq ki, buraxılış imtahanlarının nəticələri iki il qüvvədə olduğu üçün ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtlərinə uyğun bal toplayan və XQTİ-lərə qəbul olmaq istəyən abituriyentlər də ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd veriblərsə, qeydiyyatdan keçə bilərlər.
Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə aşağıdakı abituriyentlər qeydiyyatdan keçə bilərlər:
- cari ildə buraxılış imtahanı verib nəticələri müsabiqə şərtlərini ödəyənlər;
- müsabiqədə keçən ilki qəbul imtahanının I mərhələsi üzrə (buraxılış imtahnının nəticəsi ilə) topladığı test balı ilə iştirak etmək istəyən əvvəlki illərin məzunları;
-Azərbaycan dili (dövlət dili kimi) imtahanından (mayın 20-də keçirilən) məqbul qiymət almış abituriyentlər.
Subbakalavrların QİK-lər üzrə qeydiyyatı yaxın günlərdə elan olunacaq.
Qəbul imtahanının birinci mərhələsini verəcək əvvəlki illərin məzunları üçün qeydiyyat tarixləri elan olunacaqdır.
"Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.
QİK-lər üzrə qeydiyyatdan keçmək ödənişlidir. Lakin “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına dəyişikliyə əsasən aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında (bütün mərhələ və cəhdlər üzrə, o cümlədən bütün QİK-lər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Memarlıq, İslamşünaslıq və Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün QİK və Dini-psixoloji komissiya üzrə qeydiyyat tarixləri qəbul imtahanının II mərhələsinin nəticələri elan olunduqdan sonra DİM tərəfindən müəyyən ediləcəkdir.
2021/2022-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri
Xatırladaq ki, bir müddət əvvəl DİM ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2021-ci il üçün 1-ci və 2-ci nömrələrini nəşr edib. "Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnallarda ali və orta ixtisas təhsili müəssisələrinin XQTİ-lərinə qəbul imtahanının qabiliyyət imtahanı mərhələsinə aid bütün məlumatlar öz əksini tapıb.
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadın öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib