Sabiq prezident: "Vəziyyət vətəndaş müharibəsinə keçmək təhlükəsindədir" - "Bu, Sarkisyanın öz başına bəla olub"

img

28-05-2021 [09:12]


Ermənistanda hakimiyyət və ölkənin sabiq dövlət başçısı - ikinci prezidentin tərəfdarları arasında aydın antaqonizm mövcuddur.

Bu barədə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

"Ermənistanda daxili siyasət partlayış təhlükəsi törədir, vəziyyət az qala vətəndaş müharibəsinə keçmək təhlükəsindədir. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və sabiq prezident Robert Koçaryanın tərəfdarları arasında kəskin antaqonizm mövcuddur. Əgər bu düşmənçilik dayanmasa, nəyin olacağını təsəvvür etmək dəhşətlidir. Hər iki tərəf ölüm və qalım məsələsini həll edir".

Ter-Petrosyan əminliyi ifadə edib ki, Ermənistan üçün parlament idarəçilik üsulu ölkənin məhv olacağını göstərir və hökmən prezident idarəçiliyi sisteminə qayıtmaq lazımdır. O, üçüncü prezident Serj Sarkisyanın parlament sisteminə keçidini ən böyük səhv adlandırıb. Qeyd edib ki, bu, Sarkisyanın öz başına bəla olub.

Ter-Petrosyanın fikrincə, Ermənistanı olduqca ağır günlər gözləyir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA