Paşinyan KTMT-dən narazılıq etdi: "İctimai şəkildə mövqe bildirmirlər”

img

26-05-2021 [21:52]


"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hələ də Azərbaycan qüvvələrinin əvvəlki mövqelərə geri çəkilməsinin zəruriliyi barədə qəti mövqe bildirməyib”.

“Sputnik Ermənistan”ın məlumatına görə, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

“İşgüzar müzakirələr zamanı bundan bəhs olunur, lakin ictimai şəkildə mövqe bildirmirlər”, - deyə N.Paşinyan qeyd edib.

Paşinyan qeyd edib ki, məhz KTMT-dəki tərəfdaşlar Ermənistanı problemi güc metodu ilə həll etməməyə çağırıblar.

“Ermənistan KTMT-də xahiş kimi çıxış etmir. Bu, sadəcə təşkilata üzv dövlətlərin müvafiq vəziyyətlərdə istifadəsi üçün yaratdığı alətdir”, - deyə o, vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA