"Lukaşenkonu da Çauşeskinin taleyi gözləyə bilər” - "O, artıq reallıq hissini itirib"
26-05-2021 [16:25]
Mayın 23-də Afinadan Vilnüsə uçan “Ryanair” hava yollarına məxsus təyyarə Belarus hökuməti tərəfindən Minsk hava limanına endirilib. Bu zaman havaya Belarus Hava Qüvvələrinə məxsus “Miq-29” qırıcıları qaldırılıb.
Enişdən dərhal sonra Belarus təhlükəsizlik qüvvələri göyərtədə olan “NEXTA Telegram” kanalının yaradıcısı və keçmiş baş redaktoru Roman Protaseviçi saxlayıb. O, ekstremizmdə və 2020-ci ilin avqust ayında keçirilən prezident seçkilərindən sonra əhalini iğtişaşlara çağırmaqda günahlandırılır.
Avropa İttifaqı (Aİ) Belarus administrasiyasının sərnişin təyyarəsini “məcburi” endirərək içindəki müxalifətçi jurnalisti həbs etməsini qınayıb və bu ölkənin Aİ hava məkanından və hava limanlarından istifadə etməməsinə dair qərar verib. Aİ liderləri sammiti Belçikanın paytaxtı Brüsseldə davam edərkən, Aİ səlahiyyətliləri liderlərin razılaşdıqları bəyannamənin Belarus ilə bağlı hissəsini paylaşıblar.
Buna görə, liderlərin təşkil etdiyi Aİ Şurası Afina-Vilnius səfərini həyata keçirən sərnişin təyyarəsi mayın 23-də Belarusun paytaxtı Minskə bomba xəbərdarlığı səbəbilə “məcburi enişini” qınayıb. Şura sərnişinlər arasında olan və tutulan müxalif jurnalist Roman Protaseviç və rəfiqəsinin dərhal sərbəst buraxılmasını istəyib. Liderlər hadisəni “misilsiz hadisə və qəbuledilməz” adlandırıblar və Beynəlxalq Mülki Aviasiya Təşkilatını təcili istintaq başlatmağa çağırıblar.
Liderlərin açıqlamasında Belarus səlahiyyətliləri və hava sektoru ilə bağlı hədəfləri əhatə edəcək sanksiyalar tətbiq edilməsinə, Aİ-də fəaliyət göstərən hava yolu şirkətlərinin Belarus üzərindən uçmamasına çağırış edilib.
Açıqlamada Belarus hava yolları şirkətlərinə Aİ hava məkanının qadağan edilməsi, bu şirkətlərin təyyarələrinin Aİ hava limanlarına girişinin qarşısının alınması da istənilib.
Fransanın nəqliyyat üzrə dövlət katibi Jan-Batist Cebbari bildirib ki, Belarusun “Belavia” aviaşirkətinin təyyarələri üçün Fransa ərazisi üzərində uçuşlara icazə dayandırılıb.
ABŞ Dövlət katibi Antoni Blinken bazar günü ABŞ-ın “Avropa İttifaqına üzv iki ölkə arasındakı uçuşun istiqamətinin məcburi şəkildə dəyişdirilməsini və sonradan Minskdə jurnalist Roman Protaseviçin həbsini qətiyyətlə pisləyir” deyib.
“Biz onun dərhal sərbəst buraxılmasını tələb edirik”, - deyə o, bildirib.
Mia.az-ın məlumatına görə, ABŞ-da yaşayan azərbaycanlı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu AYNA-ya açıqlamasında deyib ki, ABŞ və Avropanın Prezident kimi tanımadığı Lukaşenkonun sonu yaxşı görünmür: “Çünki onun etdiklərinə hec nəylə haqq qazandırmaq mümkün deyil. NEXTA-nın qurucu redaktoru Roman Protaseviçə görə dünyanın müxtəlif ölkələrinin, eləcə də ABŞ və Avropa vətəndaşlarının da göyərtəsində olduğu 120 sərnişinin həyatını riskə atmaq heç şübhəsiz ki, Lukaşenkoya baha başa gələcək. Çox keçməyəcək ki, “Avropanın sonuncu diktatoru” adını qazanan Lukaşenko da özünün qorxunc sonluğuna çatacaq”.
“Lukaşenko ağılsız hərəkətinin məsuliyyətini dərk edərək, Roman Protaseviçi azad etməlidir. Əks təqdirdə bu, çox pis örnəklərə yol aça bilər. İnanmıram ki, Qərb bu məsələdə Belarus hakimiyyətinə güzəştə getsin. Əslində bu, Qərb üçün son sınaqdır”, - deyə həmsöhbətimiz bildirib.
İbadoğlu hesab edir ki, ABŞ və Avropa bu məsələdə olduqca prinsipial mövqe tutacaq: “Baş verənlərin fonunda Belarusda hakimiyyət dəyişikliyi mümkündür. Çünki bir müddət bundan öncə Belarusda xalq kütləvi şəkildə ayağa qalxdı və Lukoşenko süqutun bir addımlığında idi. Kremlin açıq dəstəyi ilə bu vəziyyətdən çıxsa da, bu dəfə kütləvi hərəkat başlayarsa, onun buna nail olacağı inandırıcı görünmür”.
“Rusiya da artıq əvvəlki kimi güclü deyil. Yəqin ki, Moskva Belarus rejimini qoruya bilməyəcək. Bu, həm də demokratik dünyanın, Qərbin bir imtahanı olacaq. Əgər onlar Belarusda demokratiyanın qalib gəlməsinə nail olmasalar, ciddi nüfuz itkisinə yol verəcəklər. Lakin bu, baş verməyəcək. Qərb Belarus məsələsində sona qədər dirənəcək”, - deyə alim vurğulayıb.
Politoloq Azər Rəşidoğlu da AYNA-ya şərhində qeyd edib ki, baş vetənlər Belarus hakimiyyəti üçün baha başa gələcək: “Lukoşenko artıq reallıq hissini itirib. 26 yaşlı bloger Roman Protaseviçin bu şəkildə həbsi, heç şübhəsiz, ciddi fəsadlara səbəb olacaq. Rusiya Lukaşenkonun Qərblə əlaqələrini tam kəsir. Lukaşenko artıq Putinin açıq vassalına çevrilib. Bunu Qərb də anlayır və ehtimal edirəm ki, Minskə qarşı təzyiqlər artacaq”.
“Heç təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatları və bəzi Avropa ölkələri müxalif blogeri həbs etmək üçün “FR-4978” reysli təyyarəni bomba təhdidi ilə təcili Minskə enməyə məcbur etməsindən sonra Belarusu dövlət terroru aktında günahlandırıb. Onlar Lukaşenko hökumətini Polşada sürgündə olan, 26 yaşlı bloger Roman Protaseviçi dərhal sərbəst buraxmağa çağırıb. Bir çox ölkələr Belarus ilə hava əlaqələri kəsir”, – deyə hömsəhöbətimiz söyləyib.
Analitikin fikrincə, bu addımı ilə Lukaşenko “tarana getdi” və müxalifət ilə dialoq şansını itirdi: “İndi blogerin həyatı təhlükədədir. Əgər ona qarşı qeyri-insani rəftar olarsa və yaxud onun barəsində ağır cəza hökmü verilərsə, bu, Lukaşenkonun hakimiyyətinin devrilməsi ilə nəticələnə bilər. Digər tərəfdən, bu gün Belarusda iqtisadi böhran dərinləşir. Düşünürəm ki, Putinin Lukaşenkoya verə biləcəyi dəstək böhranın aradan qaldırılması üçün kifayət etməyəcək. İqtisadiyyatın tamamilə çökdüyü bir ölkədə çevriliş perspektivi də mövcuddur. İstənilən halda, Lukaşenko bir neçə ildən artıq hakimiyyətdə qala bilməyəcək. Əhalinin bütün qrupları arasında ona dəstək həddən artıq azalıb. Son hadisə isə ona olan nifrəti daha da artırdı”.
Rəşidoğlu onu da əlavə edib ki, bu gün Rusiya Avropa İttifaqına oxşar bir qurumun yaradılacağını bəyan edir: “Rusiya Belarusla vahid valyuta, vahid parlament, vahid ordu qurmaqla bu ölkəni öz tabeliyinə keçirməyə cəhd edir. Lakin bu qədər böhran içində olan Belarusu daşımağa Moskvanın imkanı yoxdur. Belarusun xilası Qərbə inteqrasiyada və demokratik islahatlardadır. Əks təqdirdə, Lukaşenkonu da Çauşeskinin taleyi gözləyə bilər”.
Rüfət Nasosnunun verilişi bağlandı
AAYDA-da dəyişiklik - SƏDRİN İKİ MÜAVİNİ VƏZİFƏDƏN ÇIXARILDI
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü
Trampın xüsusi nümayəndəsi İrana hücumun əsl səbəbini açıqladı: "İsrail tək bir bomba ilə məhv edilə biləcək bir ölkədir"
Türkiyədə yenə zəlzələ oldu - 4 bal gücündə
Gəncədə əməliyyat: 33 yaşlı Ədil Ədilov 27 kq heroinla tutuldu
Azərbaycandan Ermənistana daha 11 vaqonluq yük yola salınıb
İran ordusu 3 saat ərzində ABŞ-İsrail bazalarına ağır zərbələr endirdi: "İki tonluq raketlərdən də istifadə olunub"
İsveçrədə avtobusda dəhşətli intihar - 6 nəfər yanaraq kül oldu
QARABAĞIN DAHA İKİ BÖLGƏSİNƏ KÖÇ OLDU
Pentaqondan İranla savaş barədə açıqlama: "140 hərbçimiz yaralanıb"
YENİ YAŞ: NƏ YAXŞI Kİ, MÜƏLLİMƏM!
İranın 4 diplomatı həlak olub - Livanda
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
AFFA Region Liqasında pley-off mərhələsinin püşkü atılıb
Çempionlar Liqası: "Qalatasaray" - "Liverpul" oyununda qapılara 3 qol vuruldu, ikisi sayılmadı (Yenilənib)
Departament müdiri vəzifədən getdi
Türkiyədə vəzifəli şəxs katibə ilə evdə "yaxalandı" və...