Ərdoğan: "Qərb ölkələri ictimai fikirdə faşist ritorikasını artırırlar"

img

25-05-2021 [17:54]


“ABŞ-ın 2001-ci il sentyabrın 11-dən sonra başlatdığı müsəlmanları şeytanlaşdırma strategiyası İslam düşmənliyini qızışdıran vasitə olub. Əhalinin sürətlə azalması səbəbindən demoqrafik təhdidlərlə üzləşən Qərb ölkələri ictimai fikirdə faşist ritorikasını artırırlar".

Mia.az  xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan I Beynəlxalq Media və İslamafobiya Simpoziumundakı çıxıında deyib.

O bildirib ki, hazırda İslam düşmənliyi dalğası çox məkrli formada həyata keçirilir:

"Müqəddəs kitabımız Qurani-Kərimə, dini seçimlərini ifadə edənlərə hücumlar dövlətlər tərəfindən himayə edilir və dəstəklənir. Qərbdə irqçi və İslam düşmənçiliyi zəmnində törədilən hücumlar son 5 ildə 250 faiz, bu hücumlar nəticəsində ölənlərin sayı isə 700 faiz artıb"


Digər xəbərlər
SON XƏBƏRLƏR