Putindən orduya mesaj: “Mürəkkəb beynəlxalq vəziyyət, potensial risklər və..."

img

25-05-2021 [17:55]


Mürəkkəb beynəlxalq vəziyyət və Rusiya sərhədləri yaxınlığında potensial risklər ölkənin Silahlı Qüvvələrindən yüksək səviyyədə döyüş hazırlığı tələb edir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Kompleksi müəssisələrinin rəhbərliyi ilə keçirilən müşavirədə bildirib.

“Mürəkkəb beynəlxalq vəziyyət, potensial risklər və Rusiyanın təhlükəsizliyinə təhdidlər Rusiya Silahlı Qüvvələrindən daimi və yüksək səviyyədə döyüş hazırlığı tələb edir. Bütün qoşun növləri dünyanın aparıcı hərbi güclərinin hərbi strategiyasında və taktikasında izlənilən mövcud tendensiyalar tam nəzərə alınaraq balanslı və sistematik şəkildə inkişaf etməlidir”, - deyə V. Putin vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA