İranda seçki: sabiq prezidentin namizədliyini qeydə alınmadı

img

25-05-2021 [12:20]


İranın Konstitusiyaya Nəzarət Şurası keçmiş prezident Mahmud Əhmədinejatın prezident seçkisində iştirak etmək üçün namizədliyini qeydə almayıb.

Məlumata görə, İran parlamentinin keçmiş sədri Əli Laricani və vitse-prezidenti İshaq Cahangiri də namizəd olaraq seçkiyə qatıla bilməyəcəklər.

Seçkidə prezidentliyə namizədlər arasında ən şanslı İran Ali Məhkəməsinin sədri İbrahim Rəisi sayılır.

Xatırladaq ki, 2017-ci ilin prezident seçkisində də onun namizədliyi qeydə alınmamışdı. İranın 6-cı prezidenti Mahmud Əhmədinejat 2005-ci il avqustun 3-dən 2013-cü il avqustun 3-dək hökumət başçısı olub. O bildirmişdi ki, namizədliyi qeydə alınmazsa seçkini boykot edəcək.

İranda prezident seçkisi 2021-ci il iyunun 18-də keçiriləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA