LAVROVDAN QARABAĞLA BAĞLI YENİ AÇIQLAMALAR: "Ankara ilə aramızda ciddi fikir ayrılıqları var..."
24-05-2021 [14:34]
Bu gün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlar ümumilikdə uğurla həyata keçirilir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Arqumentı i faktı” qəzetinə müsahibəsində bildirib.
“Bu, xüsusən də münaqişənin humanitar və sosial-iqtisadi nəticələrinin aradan qaldırılması, Cənubi Qafqazdakı nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılmasına aiddir”, - deyə Rusiya XİN başçısı qeyd edib/APA.
***
“Həqiqətən də bir sıra beynəlxalq məsələlərdə Ankara ilə aramızda ciddi fikir ayrılıqları var. Lakin bu bizə türkiyəli tərəfdaşlarımızla intensiv siyasi dialoqu dəstəkləməyə və müxtəlif sahələrdə - energetikadan tutmuş turizmə qədər qarşılıqlı sərfəli əməkdaşlığı inkişaf etdirməyə mane olmur”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Arqumentı i faktı” qəzetinə müsahibəsində deyib.
“NATO ölkəsi olan Türkiyə Vaşinqtonun ciddi təzyiqlərinə baxmayaraq, yalnız Rusiyadan qabaqcıl hərbi texnika almaqda maraqlı deyil, o, həm də müasir S-400 “Triumf” hava müdafiəsi sistemini almaq üçün müqavilə imzalayıb. Əgər Ukrayna məsələsi ilə bağlı danışırıqsa, bütün səviyyələrdə türkiyəli həmkarımıza vəziyyəti diqqətlə təhlil etmələrini və Kiyevin militarist əhval-ruhiyyəsini bəsləməyi dayandırmağı təkidlə tövsiyə edirik. Ümid edirik ki, Ankaranın xətti bizim qanuni narahatlığımız nəzərə alınaraq düzəldiləcək. Suriya ilə əlaqəli olaraq qeyd etmək vacibdir ki, Ankara ilə həm ikitərəfli, həm də İranın iştirakı ilə “Astana üçlüyü” formatında əldə olunan razılaşmalar sayəsində böhranın həlli üçün ən uyğun mexanizm yaradılıb. Vəziyyət sabitləşib və birgə səylərimizlə beynəlxalq terrorizm ocaqlarının yenidən alovlanmasının qarşısı alınır. Bundan əlavə, Rusiya, Türkiyə və İran Suriya cəmiyyətinin müxtəlif təbəqələrini birləşdirməyi və ölkənin gələcək siyasi quruluşu üzərində Konstitusiya Komitəsi formatında işlər təşkil etməyə nail olublar. Beləliklə, mövcud fikir ayrılıqlarını kiçiltmədən Türkiyə ilə əməkdaşlığı inkişaf etdirərkən ortaq maraqlarımıza dair strateji baxışı rəhbər tutmağa davam edəcəyik. Əminəm ki, bu, həm rus, həm də türk xalqlarının istəklərinə cavab verir”, - deyə S. Lavrov vurğulayıb.
XİN başçısı Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətindən də danışıb: “Dağlıq Qarabağ münaqişəsi zonasında yanvarın 30-dan etibarən atəşkəsə və bütün döyüş əməliyyatlarına nəzarət etmək üçün türkiyəli tərəfdaşlarımızla ortaq bir mərkəz fəaliyyət göstərir. Bu mərkəz mümkün ola bilən pozuntuları yalnız vizual müşahidə metodları ilə izləyir”.
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı