İRANDA PREZİDENT SEÇKİLƏRİ: böhran dövründən xilas olmaq şansı...
21-05-2021 [14:42]
8 illik hakimiyyətdən sonra Həsən Ruhani, 2013-cü ildə elan etdiyi əsas hədəflərdən heç birini yerinə yetirmədən, hökuməti iyunun 18-də keçiriləcək 13-cü prezident seçkilərinin qalibinə təhvil vermək ərəfəsindədir.
O, təkcə nüvə problemlərini deyil, həm də ölkəyə qarşı tətbiq olunan təzyiq sanksiyalarını ləğv edə bilməyib və vəd etdiyi kimi, iqtisadiyyatın inkişafına nail olmayıb.
Vida ərəfəsində iranlıların kollektiv yaddaşı Ruhani administrasiyasının konstruktiv fəaliyyətdən məhrum olan cəlbedici şüarları ilə doludur.
Son dərəcə çətin iqtisadi vəziyyət, həmçinin, bazarda əsas malların çatışmazlığına gətirib-çıxarıb. Milli valyutanın kəskin devalvasiyası, inkaredilməz korrupsiya, sosial və siyasi azadlıqlarla bağlı dəyişiklik yoxluğu və açılmamış diplomatik düyünlər onun İranın qan yaddaşında qalacaq hərəkətsizliklərinin mənzərələridir.
Əlbəttə, Ruhani iddia edir ki, əgər idarəetmə bacarığı olmasaydı, ölkə daha çətin vəziyyətə düşərdi. Hər halda, prezidentin yaratdığı situasiyaya görə xalqın Ruhaninin əsas dəstək bazası olan islahatçı düşərgəyə olan inamı itib və bu da qarşıdakı seçkilərdə islahatçı cinahın qalib gəlmək şanslarını ciddi şəkildə azaldıb.
Buna görə də, fundamentalistlər aylardır özlərini bu seçkilərin qalibi hesab edir və önümüzdəki 4 il ərzində ölkəyə rəhbərlik edəcəklərinə inanırlar. Bununla birlikdə, prezidentliyə namizədlik üçün qeyd tarixinin sonunda siyasi tənzimləmələr aydınlaşdıqca, meydan onlar üçün əvvəlcə gözlədiklərindən daha mürəkkəb görünür.
Fundamentalist düşərgədə səslərin bölünməsi
Prezidentliyə namizədliyin irəli sürülməsi üçün 5 günlük müddətdə ölkənin dörd bir yanından 46 tanınmış siyasi xadim qeydiyyatdan keçib, onlardan 16 nəfəri Nəzarətçilər Şurasının təsdiqləmə prosesindən keçmək üçün ən yaxşı şansa sahibdir.
İslam Respublikasının Konstitusiyasına görə, namizədliyi irəli sürmə prosesi başa çatdıqdan sonra 12 hakimdən ibarət olan Nəzarətçilər Şurası iştirakçıların Əsas Qanunda göstərilən meyarlara cavab verməsini təsdiqləyir və namizədliyi təsdiqlənmiş şəxslərin seçkilərdə yarışmasına imkan yaradır.
Keşikçilər Şurası tərəfindən təsdiqlənmə şansı ən yüksək olan 16 şəxsin siyasi mənşəyinə nəzər saldıqda, əksəriyyətinin fundamentalist düşərgəyə mənsub olduğu və seçici bazasında parçalanma ola biləcəyi aydınlaşır.
Ötən seçkilərin təcrübəsi göstərir ki, fundamentalist cinahda yaranan bölünmələr siyasi hərəkatın gələcəyinə ciddi zərbələr vurub. Bu baxımdan, vəziyyət əvvəlcədən düşündüklərindən daha çətindir və vahid namizədlə bağlı koalisiya qurmağa davam etməsələr, bölünmüş səslərlə qarşılaşacaqlar və islahatçıların dəstəklədiyi namizədlərin şansı artıracaq.
Sosial ədalət və iqtisadiyyat: 2 zərər
Əsas namizədlərin şüarları göstərir ki, hamısı, hətta son 8 ildə Həsən Ruhaninin birinci vitse-prezidenti olmuş İshaq Cahangiri də, xalqın Ruhani administrasiyasından narazılığını görə bilib. Cahangirinin təbliğat kampaniyası ölkə iqtisadiyyatını və idarəetməni yaxşılaşdırma planlarını vurğulayır.
Ölkədə aparılan sorğular da göstərir ki, namizədlərin mənşəyi və siyasi meyllərindən asılı olmayaraq, insanların əksəriyyəti səsvermə üçün əsas meyarı namizədlərdə ölkənin problemlərini həll etmək bacarığının olub-olmasınında görürlər.
İnsanların ədalət mövzusuna diqqət yetirməsi bu sorğularda xüsusi diqqət çəkir. Anket sorğusunda iştirak edənlərin 31,2%-nin fikrincə, ölkənin əsas problemi ədalətdir, sonrakı ən vacib məsələ xarici ölkələrlə əlaqələrin yaxşılaşdırılmasıdır; yerli istehsalın təşviqi düşüncəsi – 20%.
Əsas namizədlər
İbrahim Rəisi, Əli Laricani, İshaq Cahangiri və Mahmud Əhmədinejad qarşıdakı seçkilərdə səs qazanmaq və dəstək almaq şansı ən yüksək olan əsas fiqurlardır.
Kütləni səfərbər etmə şansına və 8 illik prezidentlik təcrübəsinə baxmayaraq, Mahmud Əhmədinejad, böyük ehtimalla, Keşikçilər Şurasının təsdiqini almayacaq və seçki yarışından kənarlaşdırılacaq.
Yarışdan çıxarılma ehtimalı nəzərə alınmaqla, o, qeydiyyatdan keçməyəcəyi təqdirdə seçkilərdə, seçkini boykot edəcəyi və heç kimə dəstək olmayacağını bildirib.
8 illik prezidentlik təcrübəsinə sahib olan və cəmiyyətin bir hissəsində hələ də populyar olan bir insana mümkün rədd cavabı məsələsi, müxalifət tərəfindən Keşikçilər Şurasının hüquqa deyil, siyasi ehtirasa əsaslanma kimi qiymətləndirilib.
Əhmədinejadın getməsiylə ən böyük rəqabət üç əsas rəqib – Laricani, Cahangiri və Rəisi arasında olacaq və çox güman ki, digər fundamentalist namizədlər ölkənin fundamentalist cinahında ən şanslının – Rəisinin lehinə yarışdan çıxacaq.
Rəisi 2017-cü il seçkilərində Ruhaninin əsas rəqibi idi və məhkəmə sistemindəki uğurları sonrakı illərdə ona xal qazandırıb. Rəqiblərinin əsas narahatlığı, qalib gələcəyi təqdirdə, onun Qərblə münasibətlərdə böhran yarada biləcəyidir. Ancaq tərəfdarları Rəisini korrupsiyaya bulaşmamış
və korrupsiyanın qəti əleyhdarı olan dürüst, idarəetmə bacarığına malik həlledici bir şəxs kimi təqdim edirlər. Nəticədə, onun seçilməsi ilə İran hakimiyyəti və korrupsiyanın qalın zəncirlərini qırmağın mümkün olacağına ümid edirlər.
Rəisinin əsas rəqibi sayılan Əli Laricani fundamentalist fona sahibdir, əvvəllər bu ideologiyanın qabaqcıl nümayəndələrindən biri kimi tanınıb, bununla belə, indi islahatçılar üçün və fundamentalist cinahdan bir ovucluq qrupun seçimi halına gəlib.
Laricani, Əhmədinejadın vaxtilə ölkədəki korrupsiyalaşmış siyasi lobbinin rəmzi adlandırdığı İranın ən nüfuzlu siyasi ailələrindən birinə mənsubdur.
Rəqiblər Laricanini sadəcə, Ruhani yolunun davamı, fundamentalist keçmişə sahib ola-ola islahatçıların səsi ilə vəzifəyə yüksələn bir siyasətçi kimi qəbul edirlər. Onlar Laricaninin tam siyasi bir xarakterə sahib olduğunu və ölkəni, xüsusən iqtisadiyyatı idarə edə bilməyəcəyi, siyasi lobbiçilik və korrupsiyaya yol açacağını söyləyirlər. Tərəfdarları isə, Laricanini siyasi, diplomatik və elmi uğurlarına istinad edərək, ölkəni elmi cəhətdən idarə edə bilən və iqtisadiyyatın yenidən qurulması naminə bütün siyasi qüvvələri səfərbər edə biləcək bir şəxs kimi təqdim edirlər. Onların fikrincə, Laricaninin ən böyük məziyyəti Qərblə əlaqə qurmaq və xarici siyasəti genişləndirmək üçün yol tapma bacarığıdır.
İshaq Cahangiri, seçkini qazanma şansının az olmasına baxmayaraq, islahatçı cinahın əsas təmsilçisi olduğundan mühüm rəqibdir. Laricaninin lehinə istefa etməsi ehtimalı olsa da, ideoloji baxımdan radikal islahatçı spektrin əsas təmsilçisidir. Seçki manifestində özünü 8 ildir birinci vitse-prezidenti olduğu Həsən Ruhanidən uzaqlaşdırmağa çalışsa da, hələ də dəhşətli iqtisadi vəziyyət və korrupsiyaya görə qismən məsuliyyət daşıyır.
Cahangirinin qələbə şansı az olsa da, iştirakı ənənəvi fundamentalist-islahatçı rəqabətə imkan verib, seçki mühitini qızışdırıb və bu da müxtəlif siyasi qruplardan olan insanların seçkilərdə iştirakı ehtimalını artırır.
Keçmiş seçkilərin təcrübəsi
İranda 40 illik prezident seçkiləri, seçki kampaniyalarının və xüsusən televiziyada siyasi mübahisələrin seçki nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyini və namizədlərin 20 günlük təşviqat dövründəki fəaliyyətlərinin qazanma şanslarında mühüm rol oynadığını ortaya qoyub.
Buna görə də, prezident seçkiləri zamanı İrandakı siyasi səhnə, ilk günlərdən qalib gəlmək şansı olmayanların meydana çıxmasına və yüksəlməsinə meyllidir.
Beləliklə, Ruhani və islahatçı düşərgədən məyusluğa baxmayaraq, dramatik və gözlənilməz dəyişikliklər hələ də mümkündür.
Məsud Sədrməhəmmədi,
“United World International”
MİA.AZ
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı