Şəhid əsgərimiz dəfn olundu: "Yaralıykən xalası oğluna zəng vurub, deyib ki..." - Təbriz İbrahimovun son sözləri + Üstündən çıxan əşyalar (FOTOLAR)
20-05-2021 [11:25]
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İbrahimov Təbriz İsmayıl oğlu dəfn edilib.
Mia.az xəbər verir ki, o, II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində Salyan Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Allah rəhmət eləsin!
***
Şəhid hərbçi Təbriz İsmayıl oğlu İbrahimovun nəşi bu gün doğulduğu Salyan rayonunun Çadırlı kəndinə gətirilib.
Mia.az xəbər verir ki, şəhidin cənazəsinin önündə qurban kəsilib.
Şəhid sabah Bakıda II Fəxri xiyabanda dəfn olunacaq.
Allah rəhmət eləsin!
***
Sentyabr ayının 28-də Murov yüksəkliyində döyüş zamanı itikin düşmüş müddətdən artıq xidmət edən hərbi qulluqçu 29 yaşlı Təbriz İsmayıl oğlu İbrahimovun DNK analizinin nəticəsinə görə şəhid olduğu təsdiqini tapıb.
Mia.az xəbər verir ki, şəhidin nəşi yaxın saatlarda Salyan rayonunun Çadırlı kəndinə gətiriləcək..
Qeyd edək ki, Təbriz İsmayılov həmin gün sonuncu dəfə xalasıoğluna zəng vuraraq : "Mina partlayışı nəticəsində ayağından yaralandığını və Ağdağ adlanan postdan aşağı dərənin dibinə düşdüyünü” deyib. O bildirib ki, "bura neytral zonadır və yaxınlıqda erməni postu var, düşməni asanlıqla həm görürəm, həm də eşidirəm".
O, dərədə tək olmadığını, həmin yerdə şəhid və yaralıların olduğunu da deyib. Çox qan itirdiyinə görə halsızlaşdığını və neytral zonadan çıxmaq ümidinin olmadığını söyləyib. Bundan sonra Təbriz xalasıoğlundan halallıq istəyib və danışıq qəfil kəsilib. Yaxınları daha sonra onunla əlaqə qurmağa çalışsalar da zənglərə cavab verməyib…
Bir həftə əvvəl isə üzərindən tapılmış əşyalara görə Təbrizin olduğu nəş DNK analizinə təqdim edilmişdi. Ailəsinə bu gün verilən məlumata görə, nəşin Təbriz İsmayılova məxsus olduğu təsdiqini tapıb.
Qeyd edək ki, Təbriz İbrahimov 1992-ci ildə Salyan rayonunun Çadırlı kəndində doğulub. 2020-ci il sentyabrın 27-də Murovdağda gedən döyüşlərdə itkin düşüb.
Emil Məmmədov
***
Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilməklə, doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Respublika Hərbi Prokurorluğundan Mia.az-a verilən məlumata görə, hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılması istiqamətində müntəzəm iş aparılır: "Bundan əvvəl verilən məlumatlara əlavə olaraq bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.
Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik".
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı