Mehrac Babayev istintaqa cəlb olunub, yoxsa... - Vüqar Səfərlinin cinayət işi ilə bağlı yeni məqamlar
18-05-2021 [11:26]
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbəri Vüqar Səfərlinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Vüqar Səfərli və “Portos” MMC-nin direktoru Nadir Məmmədovun barəsində olan həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Vüqar Səfərlinin növbəti dəfə məhkəmə qarşısına çıxarılması vaxtilə biznes ortaqları sayılan, indi isə hüquqi baxımdan cinayət ortaqları statusuna gələn “dostları”nın məsələsini yenidən gündəmə daşıyıb.
Baş Prokurorluğun yaydığı rəsmi məlumatda Vüqar Səfərli və əməkdaşlarının digər şəxslərlə əlbir olması xüsusi olaraq vurğulanır. Qeyd olunur ki, rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, aparılmış istintaqla müəyyən edilib ki, fondun icraçı direktoru Vüqar Səfərli, Nadir Məmmədov və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Portos” MMC-nin bank hesablarına köçürüb, bununla da mətbuat işçiləri üçün Bakı şəhəri, Səbayel rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəyib, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2″ aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.
Rəsmi məlumatda Vüqar Səfərlinin “dostları” bir daha icarə məsələlərindəki yeyintilərlə bağlı xatırlanır. Qeyd olunur ki, V.Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etməyib. Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlayıb. 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub. Vüqar Səfərli 2015-2018-ci illər ərzində cinayət yolu ilə əldə edilmiş cəmi 5 milyon 796 min manatı külli miqdarda leqallaşdırmaqda ittiham olunur.
Yoxlamalar əsasən jurnalistlər üçün tikilən binalarla bağlı aparılır. Buna görə də audit yoxlamalarına binanı inşa edən “Portos İnşaat” da cəlb edilib.
Ən çox diqqəti cəlb edən odur ki, Vüqar Səfərli ilə bu tikinti maxinasiyasında iştirak edən “Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı Mehrac Babayev və digərləri kimlərinsə əli ilə cəzadan uzaqlaşdırılır. Jurnalistlərin binasını qeyri-rəsmi olaraq Mehrac Babayev tikib. Maraqlıdır ki, Vüqar Səfərli tikinti şirkətinin sahibi olan Mehrac Babayevin özünü belə KİVDF-yə işə qəbul edib, ona aylıq maaş yazılıb!
Baş Prokurorluğun mətbuat xidmətinə Mehrac Babayevlə bağlı sorğu ünvanlayıb aşağıdakı suallara aydınlıq gətirilməsini xahiş etdik:
– Mehrac Babayevin KİVDF-yə ayrılan pulların mənimsənilməsində iştirakı olubmu?
– Mehrac Babayev Vüqar Səfərli və qeyrilərinin işi üzrə istintaqa dəvət olunubmu?
– Olunubsa, hansı statusda – təqsirləndirilən şəxs, yoxsa şahid qismində?
Xidmətdən veriləcək cavabı təqdim edəcəyik.
Musavat.com
Ombudsman bəyanat yaydı - MƏTN
2026 Dünya Çempionatının "Maskot"ları belə olacaq - FOTOLAR
Bakıda estetik əməliyyat olunan qadının bədəni çürüyür - VİDEO
"Kanal rəhbərliyi çağıranda, deyirdim ki, sözünüz varsa, telefonla yığ" - "Universitet müəllimlərindən 10 dəfə çox qazanıram"
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub
"Amazon"a tarixi cəza - 2,5 milyard dollar ödəyəcək
III MDB Oyunları: Azərbaycanın bayraqdarları bəlli oldu
3 ay əvvəl təyin olunmuşdu - Mətbuat katibi vəzifədən azad olunub
Azərbaycan nefti bahalaşıb
Suriyadan 7 Azərbaycan vətəndaşı ölkəyə gətirilib
“Azərsun Holdinq”lə bağlı daha bir iddia yayıldı - FOTOLAR
"Qalatasaray"ın prezidenti: ""Liverpul"a qalib gələcəyik"
Rusiya və Qərb arasında hərarət artır - Şahin Cəfərli Trampın yeni tələblərindən yazır
Türk Hava Yolları ABŞ-dan 225 "Boeing" alacaq - Trampla Ərdoğan nəhəng anlaşmaya imza atıb
Avropa Liqası: 9 oyun oldu, hansı komandalar əlidolu döndü?
"Can Holdinq"in rəhbər yenidən saxlanılıb
Ərdoğan ABŞ-dan ayrılıb
Türkiyə və ABŞ arasında nüvə sahəsində əməkdaşlıq sazişi imzalandı - Nazirdən açıqlama
İsrail İordan çayının qərb sahilinə giriş-çıxışı bağladı - İkinci əmrə qədər açılmayacaq
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İlham İsmayıl saxlanılıb - 90-ların məşhur "Yelmarbank"ın mərhum sahibinin oğlunun şikayətiylə... (ÖZƏL)
Bu ölkə Netanyahunu “persona non-qrata” elan edib - Açıqlama
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinə zəng edib
TRAMP AĞ EVDƏ TÜRKİYƏ LİDERİNİ QARŞILADI: "Ərdoğan çox böyük bir ordu qurub və..." - "Putin də ona hörmət edir, mən də" - VİDEO
İlham Əliyev BMT Baş katibi ilə görüşüb, fəxri qonaqlar kitabını imzalayıb - FOTOLAR
E-Polis mobil tətbiqində yenilik - VİDEO
Aİ rəsmisi “Türkiyə 10 il əvvəl rus təyyarəsini vurdu, indi növbə sizdə deyilmi?” sualına belə cavab verdi: "Əlbəttə, vuracağıq"
İsrail Yəmənin paytaxtını bombalayır - Böyük dağıntılar var
Toy karvanında avtoxuliqanlıq edən sürücü tutulub
Sabah Bakıda və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Gecə klublarının birində soyğunçuluq olub
Əziz Orucov həbsdən buraxılmayıb
Müğənni Afət Fərmanqızı bağ evini satıb - VİDEO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Elşad İbrahimli federasiya prezidenti seçilib
Trampın Əliyevə açıq dəstəyi və... - TƏHLİL
Mərkəzi Bankın valyuta və qızıl ehtiyatları artıb - Hesabat
DAHA BİR SAXTA PLASTİK CƏRRAHA CİNAYƏT İŞİ AÇILDI - Ölüm işi üzrə
Qəzzada daha 83 mülki şəxs həlak olub
Fransanın keçmiş prezidentinə hökm oxunub - 5 il həbsdə qalacaq
BU HƏRBÇİLƏR TƏLTİF OLUNDU - Sərəncam
Əli Əsədov nazirləri iclasa çağırdı: nələr müzakirə olunub?
“Qarabağ" biletin qiymətini qaldırıb