Ukrayna, Gürcüstan və Moldova Avropa İttifaqına üzvlüklə bağlı yeni format təsis edib - Memorandum imzalanıb + FOTO

Ukrayna, Gürcüstan və Moldova Avropa İttifaqına üzvlüklə bağlı yeni format təsis edib - Memorandum imzalanıb + FOTO

DÜNYA

17.05.2021, 15:01

Kiyevdə Ukrayna, Gürcüstan və Moldova xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, üçtərəfli görüş zamanı hər üç ölkənin Avropaya inteqrasiyasının sürətləndirilməsi məqsədi ilə birgə koordinasiya və əməkdaşlıq formatının təsis edilməsi barədə memorandum imzalanıb. Memoranduma əsasən, hər üç ölkə Avropa İttifaqına üzvlüyü son məqsəd elan edib.

Qeyd olunub ki, tərəflər Avropaya inteqrasiya yekun hədəfinə nail olmaq məqsədi ilə Assosiasiya Razılaşması çərçivəsində öhdəlikləriniyerinə yetirəcəklər/APA.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR