Bayramovla Lavrovdan birgə mesajlar: "Ermənistanda revanşist çıxışları təhlükəli hesab edir və..." - "Bu problem tezliklə həll olunacaq” (Yenilənib)
11-05-2021 [13:57]
“Bugünkü əsas müzakirələrdən biri üçtərəfli müqavilənin həyata keçirilməsi ilə bağlı oldu. Azərbaycan tərəfi hesab edir ki, bu müqavilə regionun inkişafına kifayət qədər şərait yaradır, yeni reallıqların ortaya çıxmasına xidmət edir”.
Mia.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın öhdəliklərinə tam əməl edir: “Buna misal olaraq Azərbaycan tərəfinin Qarabağa humanitar yardımların aparılmasına şərait yaratmasını qeyd etmək olar. Üçtərəfli müqaviləyə əsasən, müharibədə ölən erməni hərbçilərin meyitlərinin axtarışlarına qış şəraitində Azərbaycan tərəfindən olan əsgərlər də iştirak edib. Ölənlərin tapılmasında Azərbaycan tərəfi də köməyini əsirgəməyib. Müqavilə bağlanandan dərhal sonra Azərbaycan öz öhdəliklərini yerinə yetirib, Azərbaycan ərazisindən keçən təhlükəsiz marşrut təmin edilib. Biz Rusiyanın üçtərəfli müqavilənin həyata keçirilməsindəki rolunu yüksək qiymətləndiririk. Əsas müzakirələrimiz kommunikasiyanın yaradılması ilə bağlıdır. Üçtərəfli müqavilə əsasında Monitorinq Mərkəzinin yaradılmasını da yüksək qiymətləndiririk”/APA.
C. Bayramov əlavə edib ki, Azərbaycan tərəfi ərazilərin minadan təmizlənməsində Rusiya tərəfinin təşəbbüslərini də yüksək qiymətləndirir: “Ermənistan üçtərəfli bəyanatda qeyd olunmasına baxmayaraq, minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Müharibənin bitməsinə baxmayaraq, nəticədə 20-dən çox azərbaycanlı mina partlaması nəticəsində həlak olub. Rusiya sülhməramlı qüvvələrinin hərbçiləri arasında damina partlaması nəticəsində həyatını itirənlər var".
Nazir vurğulayıb ki, Ermənistanda revanşist çıxışlar gündəmə gəlir: "Biz bu tendensiyanı təhlükəli hesab edir və bunu diqqətlə izləyirik. Biz hazırkı səhifəni çevirməyə hazırıq. Azərbaycan tərəfi artıq işğaldan azad olunmuş ərazilərdə bərpa işləri həyata keçirir, beynəlxalq aeroportlar tikilir. 30 il ərzində Azərbaycanın işğal edilmiş əraziləri dağıdılıb. Biz hesab edirik ki, həmin region yenidən canlanacaq və ən inkişaf etmiş bölgələrdən biri olacaq”.
***
“Təəssüf ki, biz tez-tez Ermənistan tərəfindən qeyri-konstruktiv yanaşmalar görürük”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ermənistanın bu davranışı prosesə lazımsız gərginlik verir: “Biz bu davranışın regionda vəziyyətin normallaşdırılmasına xidmət etmədiyini düşünürük. Buna əsas misalı kimi Ermənistan hərbçilərinin Azərbaycan ərazilərinə daxil olmaq cəhdlərini göstərmək olar. Ötən ilin noyabr ayının sonlarında Ermənistan hərbçilərinin qeyri-qanuni olaraq Azərbaycan ərazilərinə keçməsi, dekabr ayında Azərbaycan hərbçilərinin həlak olması və yaralanması ilə nəticələnən insident Azərbaycana qarşı hərbi cinayətdir. Azərbaycan xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində təxribat-diversiya törədən erməni hərbçilərindən bir neçəsi məhv edilib, bir neçəsi isə tutulub. Hazırda onlarla bağlı istintaq tədbirləri davam etdirilir”/APA.
C. Bayramov Azərbaycanın beynəlxalq humanitar hüququn bütün tələblərini yerinə yetirdiyini diqqətə çatdırıb: “Həmin erməni hərbçilərlə beynəlxalq humanitar hüququn norma və prinsipləri əsasında davranılır, saxlanma şəraiti də normalara uyğundur. Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları, Azərbaycan Ombudsmanı onlarla mütəmadi baş çəkir”.
***
“Biz dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə geniş müzakirələr apardıq”.
Bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.
Rusiyalı nazir bildirib ki, bu gün isə C. Bayramovla geniş müzakirələr aparıb: “Münasibətlərin daha da inkişafının perspektivləri müzakirə mövzusudur. Bu ilin 4 ayında bizim prezidentlər 5 dəfə telefonla danışıblar. Üçtərəfli bəyanatlara dair öhdəliklərin icrasını müzakirə ediblər”.
XİN başçısı qeyd edib ki, hər iki ölkənin qurumlarının qarşılıqlı əməkdaşlığını yüksək qiymətləndirirlər: “Pandemiya ilə əlaqədar bizim ölkələr arasında əmtəə dövriyyəsi bir qədər azalsa da, 3 milyon dollar təşkil edir. Bizim münasibətlərimiz, birgə layihələrimiz daha da genişlənəcək. Bizim iqtisadi operatorlarımız Azərbaycandakı iqtisadi sahədə də əməkdaşlığa hazırdır”.
Nazir vurğulayıb ki, Rusiya ilə Azərbaycanın ailə təhsil sahəsində də yüksək əməkdaşlığı var.
Lavrov əlavə edib ki, “Sputnik V” peyvəndinin ikinci partiyası may ayının sonunda Azərbaycana gətiriləcək.
***
“Bizim ümumi fikrimiz budur ki, gələcəkdə normallaşmanın həyata keçirilməsi üçün ötən ilin noyabrın 10-da imzalanan bəyanatın şərtlərinə əməl olunsun”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“Bütün vacib məsələlərin həllinin əsas şərti hərbi münaqişənin tam dayandırılmasıdır. Bizim hərbçilərimiz azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq edirlər. Ərazidəki iqtisadi münasibətlərin bərpası Cənubi Qafqazın inkişafına təkan verəcək”, - deyə S. Lavrov vurğulayıb.
O qeyd edib ki, Azərbaycan BMT-də Rusiyanı müdafiə edir, dəstəkləyir: “Biz Azərbaycan tərəfinə Qoşulmama Hərəkatında müşahidəçi olmaqda bizə kömək göstərdiyinə görə təşəkkür edirik”/APA.
***
“Nasistlərin qəhrəmanlaşdırılması qəbuledilməzdir”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Ermənistan BMT-nin qətnamələrinə əməl etmir: “Bu ölkədə Qaregin Nijde qəhrəmanlaşdırılır. Bu, ksenofobiyanın, radikal millətçiliyin təzahür formasıdır. Ermənistanda beynəlxalq terrorçuların qəhrəmanlaşdırılması təcrübəsi var. Biz hesab edirik ki, ksenofobiyanın müxtəlif təzahür formaları Ermənistanda mövcuddur. Bu ilin fevral aynda Ermənistanda Holokost abidəsi təhqir olunub, eyni zamanda, Mahatma Qandinin abidəsinə qarşı da vandalizm aktı törədilib. Bütün bunlar erməni cəmiyyətində bu problemlərin nə qədər dərin olduğunu göstərir. Onlar bu barədə daha çox fikirləşməlidir ki, bunun sonu necə olacaq”/APA.
***
Lavrov isə deyib ki, minalanmış ərazilərin xəritəsi, eləcə də humanitar məsələləri həll etmək üçün buradayıq.
Nazir hesab edir ki, humanitar məsələlərə minalanmış ərazilərin xəritəsinin verilməsi, həlak olanların meyitlərinin qalıqlarının və əsirlərin qaytarılması da daxildir: “Artıq ilk addımlar atılıb. Hesab edirik ki, bu problem tezliklə həll olunacaq”.
S. Lavrov harada baş verməsindən asılı olmayaraq nasizmin qəhrəmanlaşdırılmasını pislədiklərini bəyan edib: “Rusiya bir sıra Avropa və NATO ölkələrində də nasizmin qəhrəmanlaşdırılmasına qarşı çıxır”.
***
“Biz Azərbaycanın erməni əhalisini ölkənin siyasi, iqtisadi və sosial həyatına inteqrasiya etmək üçün bütün addımları atmağa hazırıq”.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Xarici işlər naziri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini reallaşdırdığını və ərazi bütövlüyünü bərpa etdiyini, Ermənistanla münasibətləri normallaşdırmağa və bu istiqamətdə çalışmağa hazır olduğunu vurğulayıb.
“Münaqişədən sonrakı dövrdə açıq suallar çoxdur. Ancaq biz onların həllinə hazırıq. Bu, həm Azərbaycan, həm də erməni xalqlarının və bütün bölgənin maraqlarına cavab verir. Ölkələr, ilk növbədə, bir-birinin ərazi bütövlüyünə hörmət etməlidirlər”, – C.Bayramov deyib/Report.
MİA.AZ
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq