Kazanda məktəbdə atışma: 13 nəfər həlak olub, yaralılar var - Şagirdlər pəncərədən belə tullanaraq qaçmağa çalışıblar (VİDEO)

img

11-05-2021 [12:17]


Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada 13 nəfər həlak olub.

Mia.az “RİA Novosti”yə istinadla xəbər verir ki, 20 nəfərə yaxın  xəstəxanaya yerləşdirilib.

Məlumata görə, naməlum şəxslər məktəbdə dəhşət saçıb. İlkin məlumata görə, atəş açan yeniyetmə olub. Onun həbs edildiyi də bildirilir.

***

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışma zamanı şagirdlər canlarını qurtarmaq üçün özlərini məktəbin pəncərələrindən atmağa məcbur qalıblar.

Mia.az Report-a istinadla həmin anının görüntülərini də təqdim edir:


Digər xəbərlər
SON XƏBƏRLƏR